ASA-da Prezident Administrasiyasının məsul şəxsləri ilə görüş keçirilib
Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev və digər məsul şəxslər Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) olub, qurumun rəhbərliyindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
ASA-dan verilən məlumata görə, görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev qonaqlara Assosiasiyanın fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, ASA qısa zamanda Azərbaycan Mərkəzi Bankının da dəstəyi ilə ölkədə sığorta xidmətlərinə əlçatanlığın təmin olunması istiqamətində sektora hərəkətverici layihələrin uğurla realizə olunmasına nail olub. İcraçı direktor qeyd edib ki, məhz bu faəliyyət istiqamətlərinin səmərəli nəticə olaraq yerli sığorta bazarında 2021-ci ildə 16%, 2022-ci ildə isə 15% böyümə qeydə alınıb.
E.Mirsalayev həmçinin Azərbaycan Sığortaçılar Assosiasiyasının qurduğu uğurlu beynəlxalq əməkdaşlıqlardan da söz açıb. O vurğulayıb ki, ASA olaraq Türkiyə ilə əldə olunan ortaq razılıq və birgə təşəbbüs, o cümlədən 5 türk dövlətinin iştirakı ilə dünyada ilk dəfə Türk Dünyası Sığorta Birliyi təsis edilib. Birliyin gələcək fəaliyyət istiqamətlərindən söz açan icraçı direktor xüsusilə qeyd edib ki, bu Birlik regionda sığorta habının formalaşmasını təmin edən yeganə beynəlxalq təşkilatdır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev öz çıxışında ölkəmizdə QHT-lərin inkişafı istiqamətində yaradılan münbit şəraitdən və təşkilatların bütün sferalarda həyata keçirdikləri aktiv fəaliyyətdən söz açıb. Vüsal Quliyev habelə Azərbaycan Sığortaçılar Assosiasiyasının fəaliyyətini yaxından izlədiyini və yüksək qiymətləndirdiyini bildirib. Qeyd edib ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının son illər təmin etdiyi aktiv fəaliyyəti və əldə etdiyi nailiyyətlər onu deməyə əsas verir ki, ASA bir QHT-dən daha çox və uğurlu işlər görür.
Görüşdə tərəflər, çoxşaxəli fəaliyyət istiqamətlərinin inkişaf etdirilməsi məqsədilə qurumlararası qarşılıqlı əməkdaşlıq istiqamətlərinə də toxunaraq növbəti mərhələdə birgə layihələrin icrası mövzusunda razılığa gəliblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 15 d. əvvəl
- 30 d. əvvəl
- 46 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb
- 52 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
-
1 saat əvvəl
Azərbaycanın elektrik enerjisi satışından gəliri 3 dəfə azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Qeyri-neft ixracına pambıq dəstəyi
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
Azərbaycanın sement ixracında geriləmə - 20,4% azalıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı
























