Nefti bahalaşdıra biləcək sürpriz qərar
Bəzi OPEC+ ölkələri may ayından 2023-cü ilin sonuna qədər neft hasilatının azaldacaqlarını elan etdilər. May ayından etibarən bu ölkələrin neft hasilatını könüllü olaraq azaltmasının ümumi həcmi təqribən 1,5 milyon barel/gün ola bilər.Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla bir sıra OPEC ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmağa qərar veriblər.
Marja xarici mətbuata istinadən xəbər verir ki, ümumi azalma gündəlik 1,5 milyon bareldən çox ola bilər.
Səudiyyə Mətbuat Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı gündəlik hasilatı 500 min barel/gün azaldacaq.
BƏƏ Xəbər Agentliyinin yaydığı açıqlamaya görə, BƏƏ hasilatı gündəlik 144 min barel azaldacaq.
Bundan əlavə, gündəlik neft hasilatını İraq 211 min barel barel, Küveyt 128 min barel, Oman 40 min barel və Əlcəzair 48 min barel azaldacaq.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi qeyd edir ki, hasilatın könüllü şəkildə azaldılması qərarı bir sıra OPEC+ ölkələri ilə razılaşdırılaraq qəbul edilib.
"Bu, neft bazarında sabitliyin qorunmasına yönəlmiş qabaqlayıcı tədbirdir", - məlumatda deyilir.
Bundan əvvəl Qazaxıstanın Energetika Nazirliyi may ayından 2023-cü ilin sonuna kimi hasilatın azaldılacağını elan edib - bu ölkə hasilatı sutkada 78 min barel azaldacaq.
Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın da hasilatı könüllü olaraq gündəlik 500 min barel azaltmaq qərarını 2023-cü ilin sonuna qədər uzatdığını açıqlayıb. Rusiya Federasiyası mart ayında hasilatı azaltmağa başlayıb.
Alyans ölkələri hasilatın azaldılmasını OPEC+ nazirlər monitorinq komitəsinin aprelin 3-nə planlaşdırılan iclası ərəfəsində elan ediblər.
Qeyd edək ki, Brent neftinin qiyməti bu həfətə 79,89 dollardan bağlanıb.
2022-ci ilin oktyabrında OPEC+ sazişində iştirak edən ölkələr noyabr ayından hasilatı 2 milyon barel azaltmağa razılaşıb, həmçinin sazişin müddətini 2023-cü ilin sonuna qədər uzadıblar. Neft hasilatının azaldılmasının hesablanması üçün 2022-ci ilin avqust ayına olan OPEC+ sazişi üzrə kvotalar əsas götürülüb. Dekabrın 4-də keçirilən iclasda alyans ölkələri neft hasilatı üzrə hazırkı planı saxlamaq qərarına gəliblər. OPEC+ Monitorinq Komitəsi fevralın 1-də keçirilən iclasda da hasilat kvotalarının dəyişdirilməsini tövsiyə etməyib.
Bütün OPEC+ ölkələrinin nazirlərinin növbəti ümumi yığıncağı 2023-cü il iyunun 4-nə planlaşdırılıb.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
1 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
3 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 5 saat əvvəl
-
5 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək


























