Ölkəmizdə növbəti Xəzər Su İnnovasiya Forumu uğurla keçirilib
(®) “Aqualink” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə 30 may 2023-cü il tarixində Bakıda dünyanın aparıcı su mütəxəssisləri və ekoloqlarının iştirakı ilə ikinci Xəzər Su İnnovasiya Forumu keçirilmişdir.
“Gələcək üçün su!” şüarı ilə keçirilmiş bu ilki foruma qeyd olunmuş sahələr üzrə dünyanın 15 ölkəsindən 26 aparıcı şirkət, o cümlədən 60 dan beynəlxalq səviyyəli peşəkar mütəxəssislər iştirak edib.
İctimaiyyətdə və biznes dairələrində böyük maraq yaradan bu tədbiri ümumilikdə 300-dən çox qonaq ziyarət etmişdir.
Su texnologiyaları və kimya həlləri sahəsində dünyanın aparıcı şirkətlərindən olan “AO Smith”, “Nijhuis Saur İndustries”, “Unidro”, “PWNT”, “ARC Water Technologies", “Jumo” şirkətlərinin baş sponsorluğu “Ultraaqua”, “Sirab” və “Azərsu” ASC-nin sponsorluğu, Caspian Energy Clubun netvörkinq tərəfdaşlığı, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlıq dəstəyi ilə təşkil edilmiş Forumda Amerika Birləşmiş Ştatları, Almaniya, İtaliya, Fransa, Niderland, Danimarka, Belçika krallıqlarınin, Türkiyə, Ukraina, İzrail, Yaponiya və s. ölkələrinin aparıcı və tanınmış şirkətləri öz təcrübələrini yerli sahibkarlarımızla paylaşmışlar.
Forumun təşkilatçısı “Aqualink” şirkəti tədbirə dəstək edən və qoşulan bütün qurum və şirkətlərə dərin minnətdarlığını bildirir, “Gələcək üçün su!” şüarını altında ölkəmizin su resurslarının qorunması və düzgün idarəedilməsi üzrə səylərin artırılmasına çağırır.
Facebook: https://www.facebook.com/profile.php?id=100082562530028
İnstaqram: https://www.instagram.com/waterinnovationforumbaku/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















