Bakcell şirkətinin sponsorluğu ilə maarifləndirici tədbir keçirilib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin sponsorluğu, “Uğur Akademiyası” və “UAFA”-nın təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirici seminar keçirilib.
Seminarın keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların valideynlərinə dəstək olmaq, məsləhət vermək və məlumatlandırmaq idi.
Spikerlər bu sahə üzrə geniş təcrübəyə malik mütəxəssislər- Ülviyyə Mirzəyeva və Zəhra Xələfli əlilliyi olan uşaqlar və valideyn münasibətləri, onlara qarşı cəmiyyətdə mövcud olan yanaşmalar, stiqmalar, həmçinin bu problemlərin aradan qaldırılmasının həlli yolları haqqında müzakirə olunub.
Tədbirə həmçinin paralimpiya çempionu İlham Zəkiyev və dünya çempionu Aynur Məmmədova da qatılıblar. Onların çox maraqlı həyat hekayələri nəinki tədbirdə iştirak edən əlilliyi olan uşaqlar və onların valideynləri üçün eyni zamanda əlilliyi olmayan insanlar da böyük motivasiya oldu. Çempionlar seminar iştirakçılarına əlilliyin baryer olmadığını və insanın öz əzmi sayəsində, əlilliyinin olub-olmamasından asılı olmayaraq həyatda istədiyi mövqeyə sahib olmasının mümkün olduğu barədə danışıblar.
Tədbirin sonunda spikerlər onlara ünvanlandırılmış sualları cavablandıraraq, ehtiyacı olan valideynlərə müvafiq məsləhətlər veriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























