Rabitəbank vətəndaşlara şəxsi biznesini qurmağa dəstək oldu
(®) Rabitəbank özünüməşğulluq proqramı çərçivəsində müxtəlif kateqoriya, iş sahəsi və coğrafi rayona aid, öz biznesinə başlamaq istəyən aztəminatlı sahibkarlara onların biznes planlarına uyğun olaraq, aktivlərin təqdim edilməsinin ilk mərhələsini yekunlaşdırıb.
Bank, proqram çərçivəsində Bakı şəhəri Nizami rayonu, Şəmkir, Biləsuvar, Qazax, Yevlax və Salyan rayonlarında müxtəlif fəaliyyət sahələri ilə məşğul olan 6 vətəndaşı lazımi avadanlıqlarla təmin edib.
Onlardan biri, Hüseynov Fərman Məzahir oğlu bankın göstərdiyi dəstək sayəsində heyvandarlıq fəaliyyətinə olan marağını reallaşdırmağa və şəxsi biznesini qurmağa müvəffəq oldu. Bankın Nizami filialı tərəfindən isə Həsənov Həsrət Nemət oğluna avtoçilingər avadanlıqları təqdim olundu.
Rabitəbank, ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində öz töfhəsini verməyə davam edir. Belə ki, bank nümayəndələri özünüməşğulluq layihəsi çərçivəsində Əliyeva Şəlalə Fəxrəddin qızına maldarlıq təsərrüfatı, Ağaməmmədova Rəfiqə Nəsir qızına isə un məmulatları istehsalı üzrə şəxsi biznesini qurmaq üçün lazım olan avadanlıqları təqdim etdilər. Rabitəbank, həmçinin, gözəllik salonu açmaq istəyən Mustafazadə Aygün Aydın qızının arzusunu da həyata keçirməyə kömək oldu.
Dəstək göstərilən digər vətəndaş Kazımov Elmir Elçin oğlu kiçik foto atelye üçün lazım olan avadanlıq və materiallarla təmin olundu.
Hazırda ikinci mərhələyə start verilmiş, ehtiyacı olan, həssas qrupa aid daha 6 fiziki şəxs müəyyən edilib. Bu vətəndaşların öz işlərini qurması üçün nəzərdə tutulan avadanlıqlarla təminatı Rabitəbank tərəfindən həyata keçirilməkdədir və qısa müddətdə başa çatdırılacaqdır. Qeyd edək ki, aktivlər sahibkarlara təmannasız olaraq verilir.
Xatırladaq ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Özünüməşğulluq proqramına qoşulmuş bankımız bu tip sosial layihələrin reallaşdırılmasının əhəmiyyətini anlayır və bu özünəməşğulluq proqramına dəstək olmağa davam edəcək.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 10 saat sonra
-
-
1 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
5 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 6 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
8 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























