21-ci əsrin bəlası kiber hücumlardan necə qorunaq? – “Cyberpoint”in rəsmisi Mehman İsgəndərovla MÜSAHİBƏ
"Qaydalara əməl etməklə kiber hücumlardan 80-90 faiz müdafiə olunmaq mümkündür"Son dövrlərdə Azərbaycanda ayrı-ayrı dövlət orqanlarının, aparıcı şirkətlərinin serverlərinə, internet resurslarına həm daxildən, həm də xaricdən kiber hücumların sayı artıb. Hətta Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti cari il ərzində bir neçə dəfə məlumat yayaraq, həm iri şirkətləri, həm dövlət orqanlarını, həm də fiziki və hüquqi şəxsləri gözlənilən kiber hücumlarla bağlı xəbərdar edib və onları ayıq-sayıq olmağa çağırıb.
Dünən isə ölkəmizdə kiber hücumlarla bağlı daha bir xoşagəlməz hal yaşandı. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti tərəfindən yayılan məlumatda bildirildi ki, Azərbaycanın qida sektorunda iri şirkətlərdən birinin şəbəkə və data serverlərinə kiberhücum edən və şirkətdən 60 min manat tələb edən dəstə üzvləri saxlanılıb.
Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində cinayəti törədən dəstə üzvləri Murad Rzayev, İbrahim Ələsgərov və Elvin Əliməmmədov olduğu müəyyən olunub.
Faktla bağlı Cinayət Məclləsinin 271.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter sisteminə qanunsuz daxil olma) və 272.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Onu da bildirək ki, beynəlxalq təşkilatlar tərəfindən bununla bağlı təhlillər və araşdırmalar aparılıb və məlum olub ki, kibercinayətkarlıq və kiberinsidentlər nəticəsində hər il dünya iqtisadiyyatına dəyən illik zərər 1 trilyon ABŞ dollarından çoxdur. Bu göstəricinin 2025-ci ilə qədər 10 trilyon ABŞ dollarına yüksələcəyi təxmin edilir.
Bu isə öz növbəsində ölkələr səviyyəsində hüquqi, təşkilati, texniki və texnoloji məqamları nəzərdə tutan ümummilli yanaşmanın formalaşdırılmasını tələb edir.
Marja.az-ın ölkəmizdə kibertəhlükəsizliyinin təmin oluması ilə bağlı suallarını “Cyberpoint” şirkətinin Marketinq və Satış rəhbəri Mehman İsgəndərov cavablandırıb.
- Mehman müəllim, Azərbaycanın dövlət orqanlarının, aparıcı şirkətlərinin internet resurslarının və serverlərinin təhlükəsizliyi necə təmin olunur?
- Bu gün kibertəhlükəsizlik təkcə Azərbaycanın deyil, dünyanın qlobal problemlərindən biridir. Çünki, kiber hücumlar sərhəd tanımır və bütün ölkələrin bununla qarşılaşmaq riskləri həddindən artıq yüksəkdir. Azərbaycan da bundan sığortalanmayıb. Buna görə də dövlətimiz tərəfindən bu məsələyə böyük diqqət göstərilir. Son 10 ildə ölkəmizdə kibertəhlükəsizliklə bağlı müxtəlif addımlar atılıb.
Azərbaycan hələ 2008-ci ildə Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyasını imzalayıb. Həmçinin “Şərq tərəfdaşlığı – Avropa Şurası mexanizmi” proqramı çərçivəsində həyata keçirilən kibercinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq layihəsində fəal iştirak edir. Sevindirici haldır, Azərbaycan kibertəhlükəsizliyə görə dünya ölkələri arasında mövqeyini son iki ildə 15 pillə yaxşılaşdıraraq 40-cı, MDB regionunda isə bir pillə yüksələrək 3-cü yerdə qərarlaşıb.
- Siz özəl şirkətlərin kiber hücumlardan qorunması üçün hansı xidmətləri təklif edirsiniz?
- Biz Cyberpoint şirkəti olaraq nəyin ki, özəl şirkətlərə, həmçinin dövlət qurumlarına kibertəhlüküəsizliyn təmin olunması və kibercinayətkarlıqdan qorunmaları üçün bir neçə xidmət təklif edirik. Onu da deyim ki, qabaqcıl texnologiyamız və təcrübəli işçi heyətimiz vasitəsilə müəssisələri və şirkətləri kibertəhlükələrdən qorumaqda ixtisaslaşmışıq. Komandamız müasir rəqəmsal dünyada müştərilərimizin təhlükəsizliyini təmin etmək üçün yüksək səviyyəli təhlükəsizlik xidmətləri və həlləri təqdim edir.
Bundan başqa, cari il ərzində bir neçə şirkətlə əməkdaşlıq müqavilələri və memorandumu imzalamışıq. Belə ki, may ayının 1-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə, iyul ayının əvvəlində isə Azərbaycan Texniki Universiteti ilə Əməkdaşlıq Memorandumu imzaladıq. Biz beynəlxalq əməkdaşlığa va böyük əhəmiyyət veririk. İyunun 14-də dünyanın aparıcı “Privileged Access Management” (PAM) və kibertəhlükəsizlik həlləri təminatçısı “Kron”la arasında əməkdaşlıq müqaviləsi imzaladıq. Əməkdaşlıq çərçivəsində “Kron”un kibertəhlükəsizlik həllərinin, xüsusilə “Privileged Account Access Security” məhsulunun Azərbaycanda satışı və istifadəsinin genişləndirilməsi hədəflənir.
- Mehman müəllim, onu da deyim ki, bu gün dövlət orqanları və şirkətlər deyil, sadə vətəndaşlara məxsus e-poçt ünvanları, sosial şəbəkə səhifələri kiber-hücumlara məruz qalır, hətta onları şantaj etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bəs bu kimi hadisələrlə bağlı vətəndaşlara nəyi tövsiyə edirsiniz?
Mütəxəssislər bildirirlər ki, bəzi qaydalara əməl etməklə bu hücumlardan 80-90 faiz müdafiə olunmaq mümkündür.
Məsləhət görərdim ki, vətəndaşlarımız ən müasir şifrələmə və qabaqcıl təhlükəsizlik tədbirləri ilə məxfi məlumatlarını qorusunlar. Kiber təhdidlər məxfiliyinizi pozmamalı və rəqəmsal mühitin təhlükəsizliyi təmin olmunmalıdır.
- Müsahibə üşün təşəkkür edirəm.
Qeyd edək ki, Azərbaycanda kibertəhlükəsizlik sahəsində aparıcı şirkət olan “Cyberpoint” MMC müxtəlif dövlət qurumlarına və eləcə də özəl şirkətlərə xidmət göstərir. Kibertəhlükəsizlik üzrə ən böyük əməliyyat mərkəzinə malik olan Cyberpoint şirkəti Təhlükəsizlik Əməliyyat Mərkəzi xidməti, Nüfuzetmə Sınaqları xidməti, Rəqəmsal Audit və İstintaq xidməti, Kibertəhlükəsizlik Həllərinin Tətbiqi və Dizaynı xidməti, Kiber Konsalting və Kiber Maarifləndirmə xidmətlərini təqdim edir.
Müsahibəni aldı: Rövşən Ziya
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 23 saat sonra
-
- 6 d. əvvəl
- 7 d. əvvəl
-
19 d. əvvəl
Dollarla 8% gəlir: Unibank-ın yeni istiqrazlarının detalları açıqlandı
-
28 d. əvvəl
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
-
46 d. əvvəl
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
-
50 d. əvvəl
Dərman idxalında 5 milyon dollarlıq azalma - 214 milyon dollara düşüb
-
53 d. əvvəl
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Ən çox oxunanlar
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Rəsmi məzənnələr açıqlandı
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
FED faiz qərarını açıqladı























