“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin keçiriləcəyi tarixlər açıqlanıb
Bu il 2-4 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və 3-cü Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgiləri keçiriləcək.
Təşkilatçının yaydığı məlumata görə, bu sərgilər yenidən sənaye mütəxəssislərinə və sahibkarlara işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar mübadiləsi aparmaq və sərfəli müqavilələr bağlamaq imkanı yaradan səmərəli müstəvi rolunu oynayacaqdır.
“Medinex” Azərbaycanda səhiyyə mütəxəssislərini bir araya gətirən mühüm və nüfuzlu tibbi tədbirdir. Sərgidə aparıcı yerli və xarici istehsalçılar və distributorlar ölkə klinikalarının təkmilləşdirilməsinə, istehslakçıların tələblərinin ödənməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər.
İştirakçı ölkələr arasında Azərbaycan, Türkiyə, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Səudiyyə Ərəbistan, Koreya Respublikası və s. kimi ölkələr yer alır. Sərginin ekspozisiyası müxtəlif ölkələrdən tibb sahəsinin aparıcı şirkətlərini – “Arash Medical Company”, “AS-Medical”, “LABSERVIS LTD”, “IHG” (International Health Group), yerli istehsalçılardan isə “Biopharmax AFEZCO” və s. kimi şirkətləri bir araya gətirəcək.
Sərginin tibbdə informasiya texnologiyaları, tibbi texnika və avadanlıq, tibbi məhsullar, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, ortopedik məhsullar, stomatoloji avadanlıq və alətlər, stomatoloji xidmətlər, optika və oftalmologiya, laboratoriya avadanlıqları və texnologiyaları, tibb müəssisələri üçün avadanlıq, tibbi turizm, yaşlı nəsil üçün məhsullar, dietologiya, tibbi təhsil, sanitar nəqliyyat bölmələri üzrə təşkil olunması nəzərdə tutulur.
Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Medinex” 2023 sərgisində öz iştiraklarını təsdiqləmiş və sərginin rəsmi dəstəkçisidirlər.
“Medinex” sərgisi ilə birgə gözəllik industriyası sərgisi "Beauty Azerbaijan"
keçiriləcək. Belə ki, sərgi çərçivəsində “SPA & Welness”, kosmetologiya və estetik tibb üçün məhsullar, parfumeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, dekorativ kosmetika, peşəkar kosmetika, salon avadanlıqları, dırnaq xidmətləri üçün vasitə və alətlər, saça və bədənə qulluq vasitələri kimi sektorlar üzrə məhsul və xidmətlərin nümayişi gözlənilir.
“Medinex” və "Beauty Azerbaijan" sərgiləri çərçivəsində tibbin müxtəlif sahələrindən mütəxəssislərin iştirak edəcəyi işgüzar tədbirlərin keçirilməsi nəzərdə tutulub. Sərgilər çərçivəsində ənənəvi olaraq, yerli və xarici sahibkarların iştirak edəcəyi işgüzar B2B görüşlərinin keçirilməsi planlaşdırılır. Beləliklə, beynəlxalq iştirakçıların da yer alacağı “Medinex” və "Beauty Azerbaijan" sərgiləri sənaye mütəxəssislərini eyni platformada bir araya gətirmək, işgüzar əlaqələri gücləndirmək və satış coğrafiyasını genişləndirmək üçün əla fürsət yaradır.
Ötən il keçirilən tədbirə 12 müxtəlif ölkədən − Azərbaycan, Belarus, Danimarka, Əlcəzair, İsveçrə, İtaliya, Pakistan, Qazaxıstan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə və Yaponiyadan 92 şirkət qatılmış, ümumilikdə isə sərgini 6000-dən artıq insan ziyarət etmişdir. Bundan başqa sərgi daxilində bir sıra spikerlərin aktual mövzularla bağlı sessiyaları keçirilmişdir.
Sərgilərin təşkilatçısı Caspian Event Organisers şirkətidir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
5 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 7 saat əvvəl
-
8 saat əvvəl
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
-
8 saat əvvəl
Moody's ABB-nin depozit reytinqlərini təsdiqləyib, proqnoz stabil olaraq qalır
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Ən çox oxunanlar
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
Qızıl sülh xəbəri ilə bahalaşır
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək




















