Bu il Rusiyanın qaz sənayesinin gəlirinin iki dəfədən çox azalacağı gözlənilir
Ekspertlər 2025-ci ildə Rusiyada qaz hasilatının və ixracının mümkün artımını proqnozlaşdırıblar.
Marja.az xəbər verir ki, "McKinsey"in keçmiş Rusiya bölməsi olan "Yakov and Partners" konsaltinq şirkətinin araşdırmasına görə, bu il Rusiyanın qaz sənayesinin gəliri iki dəfədən çox azalaraq 71 milyard dollar, qaz ixracı isə təxminən 24% azalaraq 126 milyard kubmetr təşkil edə bilər.
Araşdırmada bildirilir ki, 2025-ci ildə Rusiya Federasiyası qaz hasilatı və ixracı artıma qayıda bilər. Bununla yanaşı, 2030-cu ilə qədər daxili bazarda tələbat 17% arta bilər ki, bu da qaz sektorunu dəstəkləyəcək.
Analitiklərin proqnozuna görə, bu il Avropada ixrac bazarının itirilməsi fonunda Rusiyanın qaz hasilatı ötən ilki səviyyə ilə müqayisədə 5% (30 milyard kubmetr) azalaraq 634 milyard kubmetrə qədər düşə bilər. Qaz ixracı 24%, o cümlədən boru kəmərlərilə ixracı 30% azalaraq 80 milyard kubmetrə düşə bilər. Ölənin LNG tədarükü isə 2% artaraq 46 milyard kubmetrə çata bilər.
Avropa ölkələri artıq Rusiya qazının idxalını minimuma endiriblər.
Eyni zamanda, 2025-ci ildən Rusiya qaz hasilatını 695 milyard kubmetrə qədər artıra bilər. 2030-cu ilə qədər isə 2021-ci ilin səviyyəsini keçərək 799 milyard kubmetrə çatacaq. Proqnozlara görə, 2025-ci ildə Rusiyanın qaz ixracı 151 milyard kubmetr təşkil edə bilər. 2030-cu ilə qədər isə ixrac 211 milyard kubmetr təşkil edəcək. Mütəxəssislərin fikrincə, planlaşdırılan bütün boru kəməri layihələrinin həyata keçirilməsi Avropaya tədarükün azalmasını kompensasiya etməyə imkan verməyəcək və hasilatın artması yeni ixrac planları, o cümlədən LNG, ammonyak və karbamid istehsalı və daxili qaz istehlakının artması hesabına baş verəcək.
"Bu yanaşmalar uğurla həyata keçirilərsə, Rusiyada qaz hasilatı 2025-ci ildən artmağa başlayacaq və 2030-cu ilə qədər itirilmiş ixrac həcmləri tam kompensasiya ediləcək", - araşdırmada deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
12 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
18 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























