Türkiyə ev qiymətlərinin artmasına görə dünya lideri olub
Ev qiymətlərinin ən çox artdığı ölkə Türkiyə olub.
Marja.az xəbər verir ki, daşınmaz əmlak üzrə beynəxlaq məsləət şirkəti "Knight Frank"ın 56 ölkə və bölgəni təhlil etdiyi Qlobal Ev Qiymətləri İndeksinə görə, 2023-cü ilin birinci rübündə mənzil qiymətləri ən çox Türkiyədə artıb.
Türkiyədə 2023-cü ilin birinci rübündə qiymətlər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 132,8 faiz artıb.
Türkiyənin ardınca 18,8% artımla Şimali Makedoniya gəlir. Üçüncü yerdə 16,6% artımla Xorvatiya, dördüncü yerdə isə 15,3 faiz artımla Litva qərarlaşıb.
Araşdırmaya görə, Yunanıstanda artım 14,5 faiz, Bolqarıstanda isə 9,5 faiz olaraq müəyyən edilib. Yaponiyada artım 6,8 faiz olduğu halda, Fransada bu nisbət2,7 faiz, ABŞ-da isə 0,7 faiz olub.
İndeksdə şəhərlərdəki qiymət dəyişiklikləri də araşdırılıb. Siyahının başında Türkiyənin üç ən böyük şəhəri yer alıb.
Ankarada qiymət artımı 135,3%, İzmirdə 133%. İstanbulda isə 127,3% təşkil edib.
Dünyada ən çox ev qiymətləri Cənubi Koreya (-15%), Yeni Zelandiya (-13%) Honq Konq (-10%) və İsveçdə (-8,8%) düşüb.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
11 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"

























