Ukrayna qrivnasının daha da ucuzlaşacağı gözlənilir
2024-cü ildə Ukraynanın milli valyutasının daha da ucuzlaşacağı gözlənilir. Ölkədə bir dolların 41 qrivnadan baha olacağı nəzərdə tutulur. Ukraynanın Maliyyə Nazirliyi devalvasiya proqnozlaşdırır.
Marja.az xəbər verir ki, bu barədə "Economic Pravda" nəşri yazır.
"Maliyyə Nazirliyi və biznes nümayəndələri 2024-cü ildə qrivnanın zəifləyəcəyini gözləyirlər. Xüsusilə, hökumət 2024-cü il üçün bir dollar üçün 41,4 qrivna məzənnəsini nəzərdə tutur", - nəşrin xəbərində deyilir.
Ukrayna Milli Bankının məlumatına görə, bu gün məzənnə 1 dollar üçün 36,5 qrivnadır.
2023-cü ilin aprelində Ukraynanın Maliyyə naziri Sergey Marçenko Ukraynanın büdcə kəsirinin aylıq təxminən 5 milyard dollar olduğunu, büdcənin üçdə ikisinin xarici kreditlər və qrantlar hesabına örtüldüyünü, xərclərin dörddə üçünün isə hərbi ehtiyaclara yönəldildiyini bildirmişdi. Avqustun sonunda Maliyyə Nazirliyi bildirib ki, Ukraynanın dövlət borcu 132 milyard dolları keçib.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 25 d. əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
5 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
6 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























