Aqrar Sığorta Fondu Bakıda və bölgələrdə - Təqaüdlü Təcrübə Proqramına başlayır
Aqrar Sığorta Fondu ölkənin bütün bölgələri üzrə tələbə və məzunlar üçün təqaüdlü təcrübə proqramına start verib.
Proqrama əsasən tələbələr qarşıdakı 3 ay ərzində Aqrar Sığorta Fondunda, fondun bölgələrdəki filiallarında və rayonlardakı Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) çalışacaqlar.
Proqramda universitetlər, kolleclər, peşə məktəblərinin tələbələri və məzunları, o cümlədən orta məktəb məzunları da iştirak edə bilər.
Oktyabr ayından başlayacaq proqram müddətində təcrübəçilər aqrar sığorta mexanizmini dərindən öyrənəcək və ölkədə aqrar sığorta xidmətlərinin inkişafına töhfə vermək imkanı qazanacaqlar.
Proqram dövründə iştirakçılara müvafiq ödənişlər ediləcək, eləcə də onlar ödənişlə yanaşı, göstərdikləri nəticələrdən və KPİ-dən asılı olaraq əlavə gəlir əldə etmək imkanı da qazanacaq.
Hər bir təcrübəçiyə proqramda iştirakı ilə bağlı sertifikat təqdim olunacaq.
Proqrama qatılmaq istəyən enerjili və sığorta sahəsinə maraqlı gənclər qeyd olunmuş linkdəki anketi doldurmaqla müraciət edə bilərlər:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























