Yük Aviasiya Şirkəti AZAL-ın tərkibindən çıxarıldı
“Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tərkibindən çıxarılıb.
Bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.
Qərara görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Strukturu”nun “II. “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan qurumlar” bölməsinin 1-ci hissəsi (“Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkəti) ləğv edilib.
“Azərbaycan Hava Yolları” QSC-yə bu qərardan irəli gələn məsələləri həll etmək göstərişi verilib.
Qərar “Azərbaycan Hava Yolları” QSC-nin Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul olunub.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində Heydər Əliyev Beynəlxalq Aeroportu, “BUTA AIRWAYS” Sərnişin Aviaşirkəti, Milli Aviasiya Akademiyası,“Gəncə”, “Naxçıvan”, “Zaqatala”, “Qəbələ”, “Lənkəran” Beynəlxalq Hava Limanıları və s. qurumlar fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
7 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
8 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
8 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib



























