“Tenderi məmurun şirkəti deyil, rəqabətli təklif vermiş şirkət udmalıdır”
"Azərbaycanda dövlət satınalmalarını (tender) hər hansı məmurun, fərdin öz şirkəti deyil, qiymət və keyfiyyət parametrləri üzrə rəqabətli təklif vermiş şirkət udmalıdır".
Bunu açıqlamasında bir mənbədən satınalmaları şərh edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
O, qeyd edib ki, bir mənbədən satınalmanı mənfi hal kimi qiymətləndirmək düz deyil: “Bu gün mövcud qanunda dövlət satınalmaları istiqamətində bütün proseslərə Dövlət Xidmətinin nəzarət etməsi öz əksini tapıb. Yəni, bir mənbədən satınalma Dövlət Xidmətinin razılığı ilə olan prosesdir. Yeni qanunda da ona oxşar yanaşmalar olacaq".
"Bir mənbə deyəndə çox vaxt fikirləşirlər ki, bu səhv bir metodikadır. Əgər bir mənbədən satınalma prosesi səhv olsaydı qanunda ona imkan, icazə verilməzdi. Digər satınalma metodları kimi bir mənbədən satınalmanın da əsasları var. Qanuna baxsanız görərsiniz ki, orada bunun üçün 4 meyar göstərilib. O meyarlardan biri odur ki, Nəzarət Dövlət Xidməti bir mənbədən satışa nəzarəti həyata keçirir. Misal üçün, əgər siz bir kinorejissorsunuzsa və yaxud rəssamsınızsa, hansısa dövlət qurumu bir əsər almaq istəyirsə, təbii olaraq bu halda tender keçirilə bilməz. Bu insanın əqli mülkiyyəti əsasında olan məhsuldur. Ona görə, burada bir mənbədən satınalma metodu tətbiq edilməlidir. Yəni təklif edirəm ki, bir mənbədən satınalmaya 100 % mənfi hal kimi yox, satınalma metodlarından biri kimi baxılsın",- deyə M.Abbasbəyli əlavə edib.
"Dövlət qurumları növbəti il üçün dövlət büdcəsi təsdiqlənən zaman özlərinin illik satınalma planlarını hazırlayırlar və həmin plana uyğun olaraq büdcədən onlara vəsait ayrılır. Dövlət Xidməti həmin vəsaitdən düzgün istifadəyə nəzarət edir. Yəni bizim məqsədimiz təkcə satınalmaların səmərəli və şəffaf keçirilməsi yox, eyni zamanda satınalmalar vasitəsi ilə sahibkarların rəqabət qabiliyyətinin artırılmasıdır. Yəni biz hər bir dövlət qurumunun satınalma büdcəsinin düzgün, şəffaf, səmərəli və məqsədyönlü istifadə edilməsini təmin edə biliriksə, bu o deməkdir ki, sonda biz sahibkarlığımızın inkişafına töhfə vermiş oluruq”, - deyə M.Abbasbəyli fikrini tamamlayıb.
© “Report”
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
2 d. əvvəl
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
- 12 d. əvvəl
-
30 d. əvvəl
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
-
35 d. əvvəl
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
-
40 d. əvvəl
"Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
43 d. əvvəl
AZAL 15 gündə Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
1 saat əvvəl
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
Ən çox oxunanlar
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
FED faiz qərarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























