Hesab.az-ın sahibi olan "QoldenPey" şirkətinin rəhbərliyində dəyişiklik edildi - YENİ TƏYİNATLAR
Azərbaycanın ən böyük onlayn ödəmə şirkəti olan "GoldenPay" gələcək inkişafı üçün qərarlar qəbul edib.Azərbaycanda ilk və lider onlayn ödənişlər şirkəti olan "QoldenPey" ASC-nin İdarə Heyətinə yeni təyinatlar olub.
Marja.az-ın əldə etdiyi məlumata görə, əvvəllər İdarə Heyətinin üzvü və Kommersiya üzrə Baş Direktoru vəzifəsində çalışan Eynar Abdullayev Rəfail oğlu 21 noyabr 2023-cü il tarixindən etibarən "QoldenPey" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Bundan əlavə, Rəşad Mahmudov Asif oğlu "QoldenPey" ASC-nin İdarə Heyətinin yeni üzvü təyin edilib.
Qeyd edək ki, İdarə Heyətinin sabiq sədri Naina Şükürova noyabrda şirkətdən ayrılıb.
Eynar Abdullayev həmçinin, "GoldenPay" şirkətinin İdarə Heyətinin sədri vəzifəsində, "GoldenPay"in Baş icraçı direktoru olaraq fəaliyyətini davam etdirəcək. Bu addım "GoldenPay"-in onlayn ödəniş sektorundakı mövqeyini daha da yüksəltmək və gücləndirmək üçün Eynar Abdullayevin geniş təcrübəsindən və liderlik bacarıqlarından istifadə etmək məqsədi daşıyır.
Xatırladaq ki, Eynar Abdullayev 2020-ci ildən "GoldenPay" şirkətində Məsul və Marketinq Departamentinin Direktoru olaraq çalışmağa başlamışdır. Bu vəzifədə o, çoxsaylı layihələrin və kampaniyaların uğurla həyata keçirilməsində mühüm rol oynamışdır. Həm yerli, həm də beynəlxalq əməkdaşlığın qurulmasında, GoldenPay-in bazardakı mövqeyinin gücləndirilməsində öz töhfəsini vermişdir.
"QoldenPey" ASC-in İdarə Heyətinin tərkibində edilən dəyişikliyə əsasən, ötən ildən Eynar Abdullayev GoldenPay-in İdarə Heyətinin üzvü olub və Kommersiya üzrə Baş Direktoru vəzifəsini icra edirdi.
Rəşad Mahmudov Asif oğlu 2018-ci ildən etibarən "QoldenPey" ASC şirkətində İnformasiya Texnologiyaları üzrə baş Direktor vəzifəsini icra edir. Rəşad Mahmudov, "QoldenPey" ASC şirkətinin fəaliyyətinin irəliləyişində çoxsaylı nailiyyətlər əldə etdiyini nümayiş etdirib, bir sıra uğurlu layihələrə imza atmışdır.
Ölkənin ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
Fəaliyyətə başladığı ilk gündən şirkətin başlıca məqsədi insanların ödəmə vərdişlərini dəyişdirərək vaxta qənaət etmələrinə kömək etməkdir. Bu səbəbdən də 2011-ci ilin aprel ayında şirkət Hesab.az onlayn ödəmə portalını yaradıb. Platforma vasitəsilə kommunal, stasionar və mobil rabitə, internet, bank və mağaza kreditləri, parkinq ödənişləri etmək, onlayn sığorta alışı, kinoteatr biletləri və s. əldə etmək mümkündür.
571 min manat nizamnamə kapitalına malik olan "QoldenPey" ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət tanınmış iş adamı Fərid İsmayılzadə tərəfindən yaradılmışdır. Hazırda şirkətin səhmdarları başqa şəxslərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
9 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
9 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
11 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
12 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
12 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib

























