"AzerGold": Cəlb olunmuş kreditlərin həcmi 161,5 milyon manatdır"
Xəbər verdiyimiz kimi, 100% dövlətə məxsus olan "AzerGold" ÇİRES (Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi) layihəsi üzrə işlərin görülməsi və yeni mədənlərin işə salınması üçün daxili bazarda istiqrazların yerləşdirilməsi yolu ilə əlavə 20 milyon dollar da borc alır. Hər birinin nominal dəyəri 100 ABŞ dolları olan təminatsız, sənədsiz, adlı 200 000 ədəd istiqrazlar kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında yerləşdiriləcək. İstiqrazların tədavül müddəti 3 il, illik gəlirlilik dərəcəsi 6% (kupon) və ödəniş periodu rüblükdür.
İstiqrazların buraxılışı və yerləşdirilməsi prosesində anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazlar üzrə sifarişlərin qəbulu ilə “PAŞA Kapital" da məşğul olur (Əlaqə telefonu: 1548).
Marja.az istiqrazların Emissiya Prospektinə istinadən xəbər verir ki, Emitentin ödəmə qabiliyyətinin qiymətləndirilməsinə təsir edən ən son hadisələr aşağıdakılardı:
Xarici faktorlar/hadisələr: Qızılın qiymətinin ~$1,940/unsiyaya artması və müsbət tendensiyanın qısa və orta müddətdə saxlanılmasına dair beynəlxalq tədqiqatlar və ekspertlərin rəyi.
Daxili faktorlar: Cəmiyyətin illər üzrə stabil fəaliyyəti, məsələn Cəmiyyətin öz kredit öhdəliklərinin vaxtında icrası Cəmiyyətin xalis mənfəətinin (və bölüşdürülməmiş mənfəətin) mövcudluğu, Cəmiyyətin nizamnamə kapitalı 233,3 milyon manatdır. Cəmiyyətin aktivlərinin dəyəri 700 milyon manata qədər artmışdır. Yerli banklardan cəlb olunmuş kreditlər və mənfəət hesabına ÇİRES sahəsində tikintisi başa çatmaq üzrə olan yeni texnalogiyalara əsaslanan çən aşındırma texnologiyası (CİL) əsasında zavod istehsalda səmərəliliyi artırmaqla daha çox qızıl və gümüş istehsalına nail olmağa imkan yaradacaq. Cəlb olunmuş kreditlərin həcmi illik ortalama 5,15 % olmaqla 161,5 milyon manatdır
Digər faktorlar: Fəaliyyətin səmərəli idarəedilməsi nəticəsində, ildən-ilə yaxşılaşan ƏFG (əsas fəaliyyət göstəriciləri) indikatorları, Cəmiyyətdə beynəlxalq korporativ idarəetmə standartlarının tətbiqi nəticəsində formalaşdırılmış dayanıqlı mühit.
Risk faktorları
Təklif olunan qiymətli kağızlarla əlaqəli bazar risklərini qiymətləndirmək üçün zəruri olan risk faktorları: İstiqrazları əldə edən şəxs aşağıdakı əsas risklərin mövcud olduğunu bilməli və nəzərə almalıdır:
Kredit riski – Emitentin istiqrazlar tədavüldə olan müddətdə onlar üzrə faiz (kupon) ödənişlərinin və müddətin sonunda əsas nominal dəyər üzrə ödənişin həyata keçirə bilməməsi riskidir. Emitentin öz öhdəliklərinin yerinə yetirməməsi və ya yerinə yetirməməsi ehtimalının artması istiqrazların bazar qiymətinə mənfi təsir edir. Bu halın baş verməsi bir çox amillərdən, o cümlədən Emitentin mövcud və gələcəkdə yaranacaq öhdəliklərinin kapitala nisbətindən, satdığı əsas məhsulların bazar qiymətinin azalması ilə Emitentin ödəniş qabiliyyətinin zəifləməsi və bir sıra digər amillərdən asılıdır.
Faiz dərəcəsi riski – ABŞ dolları üzrə bazar faiz dərəcələrinin artmasının istiqrazların bazar qiymətinə mənfi təsir etməsi riskidir. ABŞ dolları üzrə faiz dərəcələrinə təsir edən əsas faktorlara ABŞ-da inflyasiyanın və ya inflyasiya 10 gözləntilərinin artması, ABŞ-da mərkəzi bank funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Sistemi tərəfindən faiz dərəcələrinin artırılmasını aid etmək olar.
Valyuta riski – ABŞ dollarının digər valyutalara, o cümlədən Azərbaycan manatına qarşı dəyər itirməsi riskidir. ABŞ dollarının digər valyutalara qarşı ucuzlaşması, istiqrazların digər valyutalarda (misal üçün, Azərbaycan manatında) ifadə edilmiş bazar qiymətinə mənfi təsir edir.
İstiqraz emissiyası zamanı Emitentin öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir edə bilən risk faktorları: Qızılın qiymətinin kəskin düşməsi, kəskin iqlim dəyişməsi, təbii fəlakətlərin baş verməsi, qlobal rəqabət, qanunvericilikdə baş verə bilən dəyişikliklər.
"AzerGold" QSCəlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması fəaliyyətlərilə məşğul olur. Hazırda Şirkətin daxilolamaların təqribən 98%-i Çovdar Filiz Emalı Sahəsində hasil edilmiş qızıl/gümüşün satışı hesabına formalaşır. 30 İyun 2023-cü il tarixində "AzerGold" 113 milyon 222 min dollar bölüşdürülməmiş mənfəətə, 137 milyon 905 min dollar cəmi öhdəliklərə, o cümldən 120 milyon 60 min dollar borclara malik olub.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 29 d. əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
5 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
6 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib




























