Axşam saatlarında kafelərdə qalan yeməkləri endirimlə almaq mümkün olacaq - MOBİL PROQRAM
Azərbaycanda dövlət dəstəyi ilə fəaliyyət göstərən startap layihələrindən biri də “SnackPack” MMC-dir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro və kiçik sahibkarlara vergi güzəştləri verən “Startap” şəhadətnaməsini almış layihənin dəyəri 1,2 milyon dollardır. Layihənin bu aydan icrası planlaşdırılır. İstifadəçilər mobil tətbiq vasitəsilə axşam saatlarında kafelərdə qalan satılmamış yeməkləri endirimli qiymətlərlə əldə edə biləcəklər.
Startapın iş prinsipi ilə bağlı məlumat verən layihə rəhbəri Ramil Tağıyev bildirib ki, yaradılan mobil tətbiq vasitəsilə bu konsepsiya rəqəmsallaşdırılıb.
“Hələlik tərəfdaşlarımız yalnız kafelərdən ibarətdir. Gələcəkdə market şəbəkələri və hotellərlə əməkdaşlıq etməyi planlaşdırırıq. Əvvəllər kitab tövsiyələri və səhiyyə kimi müxtəlif sahələrdə bir neçə başqa layihələrimiz var idi. Həmişə insanların daha sağlam və mütərəqqi olmasını istəmişik. Sonra araşdırmalara başladıq və qida tullantılarının statistikasına rast gəldik. Xeyli sayda təzə yeməklərin atılmasını gördük və yerli “axsam bazarı” anlayışından istifadə edib bu ciddi problemin həlli üçün mobil tətbiq yaratmağa qərar verdik. Sonra mobil proqram, veb-sayt və instaqramda səhifəmizi aktivləşdirərək işə başladıq və indi işimizi qurmaq üzrəyik”, - deyə Ramil Tağıyev vurğulayıb.
Layihənin hazırda dörd tərəfdaşı olduğunu deyən R.Tağıyev hələ ki, fəaliyyətə başlamadıqlarını, sözügedən startapın ilk növbədə Bakıda tətbiq olunacağını, daha sonra isə ölkəmizin digər şəhərlərində də tərəfdaşlarla əməkdaşlıq edəcəyini qeyd edib: “Biz “A-hub akselerasiyası proqramı”nda ikinci yer tutduq, bununla da yerli mərhələdən keçdik və Şuşa şəhərində keçiriləcək möhtəşəm finala vəsiqə qazandıq. Finalın bu il keçirilməsi planlaşdırılır və hər ölkədən 3 startap olmaqla 20 ölkə iştirak edəcək. Həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, KOBİA və “PASHA Holding”ə yaratdıqları sahibkarlıq mühitinə görə təşəkkür edirik”.
© Azərtac
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
7 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
7 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























