“Azertexnolayn ”ən yaxşı məhsul təqdimatı edən şirkət seçilib - FOTO
(®) “Azmade” şirkətlər qrupuna daxil olan “Azertexnolayn” MMC 12 – 14 mart tarixlərində ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının əsas iştirakçılarından olub.
Texnoloji sənaye məhsullarının aparıcı yerli istehsalçısı olan “Azertexnolayn” su təchizatı layihələrində dayanıqlı məhsul təminatı üçün qabaqcıl istehsal texnologiyalarını tətbiq etmək və innovativ həlləri təşviq etmək kimi vəzifələri qürurla icra edir. Meliorasiya və su idarəetmə layihələrində suyun nəqli zamanı yaranan problemlərin həllinə diqqət yetirərək, suya qənaət və ətraf mühitin qorunmasını təmin edən həllərə daha çox üstünlük verir.
Su sərfiyyatına qənaət edilməsi üçün su nəqli vasitələrindən olan boru və onun birləşdirici hissələri olan fitinqlərin eləcədə, suyun axınının idarə edilməsində tətbiq edilən vaistələrin yüksək təzyiqə dayanıqlı olması diqqət edilməsi gərəkən əsas məsələlərdəndir. Bunun üçün şirkətimizdə xüsusi test cihazları tətbiq edilir ki, bu da beynəlxalq tələblərə cavab verən keyfiyyətli məhsul təminatına imkan yaradır. Suyun nəqlində istifadə edilən məhsul və vasitələrin içməli su normalarına cavab verməsi isə istehsalda tətbiq edilən xammalın keyfiyyət standartlarına uyğun olması ilə ölçülür. Qabaqcıl texnologiyalarla təchiz edilmiş laboratoriyamızda xüsusi testlərdən uğurla keçən xammalı istifadə etməklə içməli su normalarına cavab verən məhsul istehsalına zəmanət veririk. Su təsərrüfatı sahəsini keyfiyyətli məhsullarla təchizində hədəfimiz cəmiyyət və ətraf mühit üçün dəyər yaratmaqdır
“Baku Su Həftəsi” sərgisi zamanı stendimiz və nümayiş olunan məhsullar sərgi təşkilatçıları və ziyarətçiləri tərəfindən xüsusən maraqla qarşılanmışdır və şirkətimiz ən yaxşı məhsul təqdimatı edən şirkət olaraq sertifikatla təltif edilmişdir.
Stendimizdə müxtəlif təyinatlı iri diametrli spiral tikişli polad borular, HDPE su və qaz boruları, HDPE fitinqlər, müxtəlif tipli hidrotexniki qurğular - siyirtmələr, hidrantlar, yağış suyu barmaqlıqları, quyu qapaqları və laborator xidmətlər, həmçinin , metal hasarlar, çirkab su boruları, kabel qoruyucu və optik kabellər üçün borular uğurla nümayiş edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
13 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 15 saat əvvəl
-
16 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















