“Azərbaycan Dəmir Yolları” platformalara keçid və qatarlara minik qaydalarını yenilədi
Platformalara keçid yalnız bileti olan sərnişinlərə şamil edilir. Yola salan şəxslərin platformalara keçidi qəti qadağan edilir“Azərbaycan Dəmir Yolları” QSC (ADY) xidmət keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyin tam təmin edilməsi baxımından dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyin təşkili ilə bağlı qaydalara dəyişikliklər edir.
QSC-nin yaydığı məlumatda bildirilir ki, təlimata uyğun olaraq sərnişinlərin qeydiyyatı və qatara minik 20.07.2024-cü il tarixindənetibarən səfərdən bir saat əvvəl başlayacaq və qatarın yola düşməsinə beş dəqiqə qalmış dayandırılacaq. Bu, sərnişinlərin qatarlara rahat və vaxtında daxil olmasına və yerləşməsinə imkan yaradacaq.
Bundan başqa, platformalara keçid yalnız bileti olan sərnişinlərə şamil edilir. Sərnişinlərin rahat hərəkətinin təmini, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təşkil edilməsi məqsədilə yola salan şəxslərin platformalara keçidi qəti qadağan edilir. Sərnişinlərə əl yükünü ödənişsiz olaraq vağzallarda yerləşdirilmiş arabalarla qatara qədər daşıma imkanı yaradılır. Yaşlı, fiziki məhdudiyyətli şəxslərə, uşaqlı valideynlərə yüklərini rahat daşıması üçün vağzal əməkdaşları tərəfindən operativ dəstək göstərilir.
Həmçinin təlimata uyğun olaraq 08.06.2024-cü il tarixdən etibarən üzərində şəxsiyyəti təsdiq edən sənədin əsli olmayan və ya sənədinin vaxtı bitmiş sərnişinlərin qatara buraxılmasına icazə verilmir.
Yeni qaydalara əsasən, qatara minik zamanı təqdim edilən sənəd növləri ilə bağlı sərnişinlərə əlavə imkanlar təqdim olunur.
Sərnişin qatara minik zamanı biletini və həmin bileti alarkən istifadə edilmiş şəxsiyyəti təsdiq edən sənədini və ya həmin sənədlə eynilik təşkil edən digər bir sənədini təqdim edə bilər. Məsələn, şəxsiyyət vəsiqəsi ilə bilet alınıbsa, xarici pasportun əsli (və ya əksinə) təqdim edilməklə sərnişin qatara daxil ola bilər.
Eləcə də bilet almış sərnişin səfər tarixinədək hər hansı səbəbdən şəxsiyyəti təsdiq edən sənədini yeniləyərsə, yeni sənədin əsli ilə qatara daxil ola bilər.
Bu zaman sərnişinlərin təqdim edə biləcəyi şəxsiyyəti təsdiq edən sənədlər aşağıdakılardır:
- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
- ümumvətəndaş pasportu;
- hərbi vəsiqə (həqiqi hərbi xidmətdə olan və kursantlar);
- 16 yaşına qədər uşaqlara doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi. Yeni doğulmuş körpələrə (bir ay müddətində) doğum evindən verilmiş arayış;
- azadlığa buraxılma barədə arayış;
- şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd;
- əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsi vəsiqəsi.
Sərnişinlərdən ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə bilet alan zaman təqdim olunmuş qaydalarla yaxından tanış olması və hər kəsə rahat səyahət imkanı yaratmaq üçün bu qaydalara əməl etməsi xahiş olunur. Hər hansı sual yarandıqda ADY-nin 24 saat fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzinə müraciət olunması tövsiyə edilir.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 27 d. əvvəl
-
-
32 d. əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
1 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
2 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
-
3 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Ən çox oxunanlar
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq

























