"OBA" kiçik və orta biznes subyektlərinə, istehsalçılara iqtisadi töhfəsini verməyə davam edir - FOTO
"100-ə yaxın yerli istehsalçı və fermerlərin dövriyyəsini 5 dəfəyədək qalxmasına nail olmuşuq"(®) "OBA Market” MMC “Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası” İctimai Birliyi (KOBSKA) ilə qarşılıqlı əməkdaşlıq edəcək. Bununla bağlı “OBA Market” MMC-nin İdarə Heyətinin sədri Natəvan İbrahimova ilə KOBSKA-nın qanuni təmsilçisi Nigar Ələsgərova arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
31 iyul tarixində baş tutan imzalanma mərasimində hər iki qurumun rəhbər heyəti iştirak edib.
Tədbirdə "OBA Market" MMC-nin İdarə Heyətinin sədri Natəvan İbrahimova "OBA" marketlər şəbəkəsinin fəaliyyəti, strategiyası, əldə etdiyi uğurları və qarşıya qoyduğu məqsədlərdən danışıb. N. İbrahimova nitqində mümkün əməkdaşlıq istiqamətləri üzrə Assosiasiya ilə səmərəli əlaqələrin qurulacağına əmin olduğunu deyib:
"OBA Market" MMC kiçik və orta biznesin inkişafına öz töhfəsini verir. Son beş ildə “OBA” marketlər şəbəkəsi olaraq kiçik və orta biznes subyektləri ilə birbaşa çalışmışıq, Logistika mərkəzi və Tədarük zənciri infrastruktrumuz vasitəsilə, habelə partnyorlarımızla daha effektiv və etibarlı əməkdaşlığımız sayəsində 100-ə yaxın məhz yerli istehsalçı və fermerlərin ticarət dövriyyəsinin beş dəfəyə qədər qalxmasına nail olmuşuq. Ölkəmizin iqtisadi inkişafına qatdığımız bu dəyərlə bütün komandamız qürür duyur. Bu gün imzalanan memorandum bu sayı və töhfəni daha da artırmağa yönəlik atılan addımlardan biridir və bunun davamlı olacağına inanıram".
Daha sonra KOBSKA sədri Nigar Ələsgərova assosiasiyanın fəaliyyəti barədə məlumat verib, əməkdaşlığın faydalılığı və səmərəliliyindən söz açıb.
Razılaşmaya əsasən, “OBA Market” MMC yerli və xarici təlimçilərin (ekspertlərin) iştirakı ilə müxtəlif mövzularda təşkil olunan təlimlərdə iştirak etmək, biznes check-up xidməti, mentor dəstəyindən, yerli və beynəlxalq investorlarla təşkil olunan görüşlərdə iştirak, ekspertlərin iştirakı ilə investisiya imkanlarının müzakirəsi üzrə birgə çalışacaqlar. Sözügedən sənədlə eyni zamanda partnyor şirkətlərin elan etdiyi satınalmalarda iştirak imkanları, qrantlar haqqında məlumatların əldə edilməsi, banklarla əməkdaşlıq və kredit, eləcə də satış imkanlarının genişləndirilməsinə dəstək, Assosiativ üzvlük statusu (Assosiasiyasının idarə heyətində təmsil olunmaq, seçkilər prosesində tam səsvermə hüququ) və digər imkanlar qazanacaqlar.
Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi 1400-dən çox mağazası və 8000-dən çox əməkdaşı ilə xalqa xidmət etməkdən qürur duyur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
16 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 18 saat əvvəl
-
19 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















