Azərbaycanın naziri Çin şirkətləri ilə görüşlər keçirib - "China Datang” və China Energy” ilə də sənəd imzalanacaq
Kəmər və Yol Enerji Nazirlərinin 3-cü iclasında iştirak məqsədilə Çində səfərdə olan energetika naziri Pərviz Şahbazovun bir sıra şirkətlərlə görüşləri olub.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, Görüşlərdə Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu və dövlət başçılarının münasibətlərin hərtərəfli inkişafını təşviq edən siyasəti müstəvisində “yaşıl enerji” əməkdaşlığının inkişafı diqqət mərkəzində olub.
“China Energy International Group Co.,Ltd.” şirkətinin vitse-prezidenti və “China Energy Overseas Investment Co.,Ltd.” şirkətinin sədri Lin Xiadon ilə görüşdə Azərbaycanın enerji sisteminə əlavə həcmlərdə bərpa olunan enerji güclərinin inteqrasiyası, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi, bərpa olunan enerji avadanlıqlarının yerli istehsalının təşkili və “yaşıl enerji dəhliz”ləri üzrə şirkətlə tərəfdaşlıq məsələləri müzakirə edilib. Füzuli rayonunda 60 MVt-lıq və 100 MVt-lıq günəş elektrik stansiyalarının tikintisinin icra vəziyyəti və şəbəkəyə qoşulma imkanları dəyərləndirilib, İcra Müqaviləsinin tezliklə imzalanmasının vacibliyi qeyd edilib. Həmçinin şirkətin bərpa olunan enerji sahəsində tədqiqat və inkişaf mərkəzinin yaradılması prosesinin tərkib hissəsi olması təklif edilib. “China Energy” şirkəti ilə günəş enerjisi, dənizdə külək enerjisi layihələrini irəli aparmaq, prioritet istiqamətlərdə əməkdaşlığa başlamaq üçün İşçi Qrupunun yaradılması razılaşdırılıb, bütün bu məsələləri əhatə edən müvafiq Anlaşma Memorandumunun imzalanması niyyəti ifadə olunub. “China Energy”nin vitse - prezidenti isə Azərbaycanda külək və günəş enerjisi layihələrinə investisiyaların genişləndirilməsi niyyətində olduqlarını bildirib. Şirkət tərəfindən Azərbaycanda külək turbinləri və onların bəzi komponentlərinin istehsalı, həmçinin tədqiqat mərkəzi ilə bağlı əməkdaşlığa dəstək ifadə edilib. Söhbət zamanı COP29-da Enerji Günü çərçivəsində əməkdaşlığa dair məsələlərə də toxunulub.
"China Datang Corporation Limited" şirkətinin idarə heyətinin sədri Zou Lei ilə görüşdə isə Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsünün fəal iştirakçısı olaraq, enerji və nəqliyyat sahələrində mühüm layihələrdə iştirakından, ikitərəfli əlaqələrin inkişafında enerji əməkdaşlığının vacib rolundan və ölkəmizin etibarlı enerji təchizatçısı missiyasının “yaşıl enerji” ilə genişləndirilməsində Çin şirkətləri ilə tərəfdaşlığın əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, Azərbaycan Avropaya “yaşıl enerji”nin ixracı üçün Xəzər dənizindən keçən “yaşıl enerji dəhliz”ləri təşəbbüsləri ilə çıxış edir və bu istiqamətdə Avropa ölkələri, Türkiyə, Qazaxıstan və Özbəkistan ilə əməkdaşlıq edir. Çin isə bu layihələrdə investor, texnologiya təminatçısı kimi fəal rol oynaya bilər. O da qeyd olunub ki, iki ölkə arasında strateji tərəfdaşlığa dair Bəyannamə hər iki tərəfin qlobal iqlim dəyişikliyi problemlərinin həllində enerji əməkdaşlığını gücləndirməsini təşviq edir. “China Datang” şirkətinin yalnız ölkədə deyil, Çin xaricində də karbon izinin idarə edilməsində təcrübəsinin olduğunu deyən şirkət rəsmisi enerji transformasiyasına töhfə verməyə hazır olduqlarını bildirib.
Görüşdə bərpa olunan enerji layihələrinin planlaşdırılması, dizaynı, tikintisi, istismarı və maliyyələşdirilməsi sahəsində geniş imkanlara malik "China Datang” şirkəti ilə günəş elektrik stansiyaları, quruda və dənizdə külək elektrik stansiyaları, enerji saxlama, və “yaşıl hidrogen” istehsalı layihələri üzrə investisiya əməkdaşlığı imkanları müzakirə edilib. Şirkətlə müvafiq əməkdaşlıq sənədinin yaxın vaxtlarda imzalanması, eləcə də Azərbaycanda elektrik enerjisinin planlaşdırılması və mühəndislik institutunun yaradılması üzrə əməkdaşlıq razılaşdırılıb.
Energetika naziri “Huawei” şirkətinin ictimai əlaqələr üzrə prezidenti Kai Song ilə də görüşüb. Görüşdə Azərbaycan və “Huawei” şirkəti arasında enerji sektorunda əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu əməkdaşlıq çərçivəsində “Huawei” şirkətinin texnoloji potensialı və rəqəmsal enerji sahəsindəki təcrübəsinin Azərbaycanın “yaşıl enerji” layihələri ilə vəhdətinin enerji keçidi və enerji təhlükəsizliyinə mümkün töhfələrindən danışılıb. Bildirilib ki, “Huawei”nin günəş enerjisi (PV), rəqəmsal enerji, “ağıllı şəbəkə” infrastrukturu və enerji layihələrinin inkişafı üçün texnoloji həllər üzrə zəngin təcrübəsi var. Azərbaycan isə Avropa və Asiya arasında “yaşıl enerji dəhlizləri” və fiber-optik kabel layihələrini həyata keçirməyi planlaşdırır. Bu imkanlar çərçivəsində “Huawei” şirkəti ilə “yaşıl enerji” əsaslı məlumat mərkəzinin yaradılması üzrə əməkdaşlıq edilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
46 d. əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
51 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
2 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
3 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
3 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
3 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
3 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
























