Bank sektoru üzrə yeni göstəricilər açıqlandı
Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin 9 ayı (yanvar-sentyabr) dövrü ürə bank sektorunun əsas göstəricilərini açıqlayıb.
Marja.az-ın məlumatına görə, Mərkəzi Bankın "Statistik Bülleten - Sentyabr 2024" buraxılışında qeyd edilib ki, 30 sentyabr 2024-cü il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 50 milyard 840.8 milyon manat, cəmi öhdəlikləri 44 milyard 550 milyon manat, balans kapitalı 6 milyard 290.8 milyon manat olmuşdur.
Sentyabr ayında bankların aktivləri və öhdəlikləri müvafiq olaraq 2.6% (1 milyard 273.1 milyon manat), 3% (1 milyard 294 milyon manat) artmışdır.
Kredit portfelinin artımı sentyabr ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 2.4% və ya 630.4 milyon manat artaraq 26 milyard 706 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54% (14 milyard 407.9 milyon manat);
ıı) istehlak kreditləri – 30.5% (8 milyard 152.8 milyon manat)
ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 145.3 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.6 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80.9%-i və ya 36 milyard 58.9 milyon manat. Depozit portfelinin 61.6%-i (22 milyard 209.8 milyon manat) hüquqi şəxslərin, 38.4%-i (13 milyard 849.1 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 65.4%-i (9 milyard 63.1 milyon manat) milli valyutada, 34.6%-i (4 milyard 786 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.5%-i (8 milyard 242.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri sentyabr ayında 0.3% və ya 27.3 milyon manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 808.9 milyon manat (ay ərzində artım 6.2% və ya 978.1 milyon manat) olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.7%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması sentyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1.1 faiz bəndi azalaraq 34% təşkil etmişdir.
2024-cü ilin yanvar – sentyabr aylarında banklar tərəfindən 829.6 milyon manat xalis mənfəət, 1 milyard 268.7 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir. Cari ilin 9 ayında banklar tərəfindən ümumilikdə 190.6 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin sentyabr ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 7.8% artaraq 35 milyard 772.7 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 10.4 milyon manat artaraq 2 milyard 608.5 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident fiziki şəxslərin qısamüddətli əmanət hesablarının həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 356 min ədəd artaraq 18 milyon 923 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.7% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 20.6%, kredit kartları üzrə 6.3% təşkil etmişdir.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artmışdır. 2024-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 154 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 69 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 76 milyon manatı POS-terminallar, 7.7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63.4%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin sentyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 3%, POS-terminalların sayı 26.5% artmışdır.
30 sentyabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 482, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,140 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 173 nəfər artaraq 24,696 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
PAŞA Kapital: Fiziki şəxslər tərəfindən IPO çərçivəsində təqdim edilmiş bütün sifarişlər tam həcmdə təmin olunub
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 38 d. əvvəl
-
-
2 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
4 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
4 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
5 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Kapital: Fiziki şəxslər tərəfindən IPO çərçivəsində təqdim edilmiş bütün sifarişlər tam həcmdə təmin olunub
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib






















