Starbucks-ın qlobal satışları azalıb
ABŞ-ın Starbucks qəhvəxana şəbəkəsinin qlobal satışları iyul-sentyabr dövründə ABŞ və Çindəki zəif tələb səbəbindən 7 faiz azalıb.Sentyabrın 29-da başa çatan üç aylıq dövrü maliyyə təqvimində dördüncü rüb hesab edən qəhvəxana şəbəkəsi Starbucks, balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, Starbucks-ın qlobal müqayisəli mağaza satışları sözügedən dövrdə 7% azalıb.
Şirkətin satışları Şimali Amerika və ABŞ-da 6 faiz, beynəlxalq bazarlarda isə 9 faiz azalıb. Starbucks-ın Çindəki satışları da 14 faiz azalıb.
Starbucks-ın gəliri iyul-sentyabr dövründə illik müqayisədə 3 faiz azalaraq təxminən 9,1 milyard dollara düşüb. Şirkətin səhmbaşına qazancı keçən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalaraq 80 sent olub.
Bu dövrdə şirkətin gəliri və mənfəəti bazar proqnozlarından aşağı olub.
“Müştəriləri geri qaytarmaq üçün strategiyamızı dəyişməliyik”
Starbucks-ın 2024-cü ilin tam maliyyə ilində qlobal müqayisə edilə bilən mağaza satışları 2 faiz azalıb.
Şirkətin maliyyə ili üçün müqayisə olunan mağaza satışları Şimali Amerika və ABŞ-da 2 faiz, beynəlxalq bazarlarda 4 faiz və Çində 8 faiz azalıb.
Starbucks-ın bu dövrdəki gəliri 1% artımla 36,2 milyard dollar olaraq hesablanıb.
Şirkətin Baş İcraçı Direktoru (CEO) Brayan Nikkol maliyyə nəticələrini qiymətləndirərkən müştəriləri geri qaytarmaq üçün strategiyalarını kökündən dəyişdirməli lazım olduğunu vurğulayıb və deyib: “Bizim aydın planımız var və Starbucks-ı geri qaytarmaq üçün sürətlə hərəkət edirik".
Starbucks-ın Baş Maliyyə Direktoru (CFO) Rachel Ruggeri də şirkətin uzunmüddətli böyüməyə qayıtmasını gözlədiyini bildirib.
İsrailin Qəzzaya hücumları ilə əlaqədar olaraq etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən biri də Starbucks-dır. Baykot Şirkətin maliyyə nəticələrinə son üç rübdə mənfi təsir göstərib.
Qəhvəxana şəbəkəsi, etirazlar və boykot kampaniyalarının Yaxın Şərqdəki mağazalardakı satışlara mənfi təsir göstərdiyi üçün illik satış proqnozunu aşağı salmışdı.
Yanvar-mart dövründə şirkətin gəlirləri 2 faiz azaldığı halda, qlobal satışları 4 faiz azalaraq 2020-ci ilin sonundan bəri ilk dəfə azalmışdı.
Starbucks, aprel-iyun dövründə qlobal satışlarının 3 faiz azaldığını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
21 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
38 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 55 d. əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim




























