Səudiyyənin neft nəhənginin mənfəəti azalıb
Səudiyyənin neft nəhəngi Saudi Aramco üçüncü rübdə mənfəətinin 15 faiz azaldığını bildirsə də, şirkət dividend siyasətini dəyişməyib.Səudiyyənin neft nəhəngi Aramco üçüncü rübdə “aşağı xam neft qiymətləri və neft emalı zavodlarının marjalarının zəifləməsi” səbəbindən xalis mənfəətinin illik 15,4 faiz azaldığını bildirsə də, 31,05 milyard divident ödəmək qərarını dəyişməz saxlayıb.
Marja.az xəbər verir ki, Şirkət iyul-sentyabr dövründə 27,56 milyard dollar xalis gəlir əldə edib ki, bu da 26,9 milyard dollarlıq proqnozu üstələyib.
Qlobal neft qiymətlərinin aşağı düşməsi, zəif tələb və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC+ ölkələrinin uzunmüddətli hasilatı azaldılması xam neft qiymətlərinə təsir etməyə davam etdiyi üçün bu rəqəm 29,1 milyard dollar olan əvvəlki rüblə müqayisədə də 5,3 faiz azalıb.
Eyni dövrdə şirkətin EBITDA-sı illik müqayisədə 17% azalaraq 51,45 milyard dollara düşüb. Aramco, keçən ilin eyni dövründə bir barel üçün 89,3 dollar satışdan sonra, üçüncü rübdə orta xam neftin qiymətinin 79,3 dollar/barel olduğunu bildirib.
Hazırda gündə təxminən 9 milyon barel xam neft hasil edən dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanı OPEC+ neft istehsalçıları alyansının faktiki lideridir. Bu alyans ötən həftə sonu dekabr ayında planlaşdırılan hasilat artımını bir ay təxirə salıb.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
25 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 42 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim




























