2024-cü ilin yanvar-oktyabr aylarında qaz ixracı 4,6 faiz artıb
2024-cü ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 24,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, neft hasilatının 13,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,5 milyon tonu (qaz kondensatı) “Şahdəniz”in, 0,5 milyon tonu (qaz kondensatı) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (qaz kondensatı ilə birlikdə) hasilatı 6,2 milyon ton təşkil edib.
Bu dövrdə 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixraca nəql olunub. Bunun 17,4 milyon tonu konsorsiumların, 2,5 milyon tonu isə SOCAR-ın payına düşüb.
Neftin emalı 2024-cü ilin yanvar-oktyabr aylarında 5,5 milyon ton təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında gündəlik neft (qaz kondensatı ilə birlikdə) hasilatı 79,947 min ton olub. Bunun 65,462 min tonunu xam neft, 14,485 min tonunu qaz kondensatı təşkil edib.
2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkədə 41,5 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 22,9 milyard kubmetri “Şahdəniz”, 1,3 milyard kubmetri “Abşeron”, 6,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,4 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 20,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çoxdur. Avropaya 10,6 milyard kubmetr, Türkiyəyə 8,2 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 4,7 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 noyabr 2024-cü il tarixinədək 646,6 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 459,2 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 598,7 milyon ton neft, 227,3 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 47,9 milyon tona yaxın kondensat, 231,9 milyard kubmetr qaz çıxarılıb.
Bu yataqlardan 01 noyabr 2024-cü il tarixinədək 644,7 milyon ton neft və 165,8 milyard kubmetr qaz ixraca nəql edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 57 d. əvvəl
-
-
1 saat əvvəl
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
-
1 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
12 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
13 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
SpaceX tarix yazdı: IPO-dan 85,7 milyard dollar cəlb edildi
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Ən çox oxunanlar
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
İyunun 16-da gözlənilən hava şəraiti
























