Ülviyyə Cəlilzadə: ““ACWA Power” şirkətinin baş icraçı direktoru xidmətimizdən çox razı qaldı”
(®) Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Konfrans zamanı bir çox qlobal şirkətlər öz stendləri ilə tədbirdə təmsil olunurlar.
“URBAN CREW” şirkəti də “ACWA Power” şirkəti üçün tədbir təşkilatçılığını, məkan idarəetmə (DMC) işlərini yerinə yetirir, iştirakçıların rahatlığı və loqistika işlərində yüksək səviyyədə xidmət göstərir.
Belə ki, “ACWA Power”in stendinin COP 29 ərəfəsində idarə olunmasını və bütün təşkilatı işləri “URBAN CREW” şirkətinin komandası həyata keçirir.
Bu barədə “URBAN CREW” şirkətinin direktoru Ülviyyə Cəlilzadə məlumat verib. Ü.Cəlilzadə bildirib ki, 12-14 noyabr tarixlərində “ACWA Power” şirkətinin rəhbər şəxsləri şirkətin stendidə iştirak edərək tədbirdə iştirak edən qonaqlar ilə fikir mübadiləsi aparıblar:
“ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli tədbirin yüksək səviyyədə keçməsindən məmnunluğunu bildirib. Həmçinin digər rəhbər şəxslər də yüksək səviyyədə təşkil olunan tədbirdən razı qaldıqlarını bildirdilər. Bu “URBAN CREW” şirkətinin komandası üçün böyük fəxrdir”.
Qeyd edək ki, COP 29 tədbiri 22 noyabr tarixinə kimi davam edəcək.
Xatırladaq ki, “URBAN CREW” şirkəti müxtəlif növ tədbirlərin təşkilini, tədbir məkanlarının rezervasiyasını, tədbirlərin logistikasını, qonaqların otellərə yerləşdirməsini, qonaqlar üçün daxili turların təşkilini, biznes müzakirələri üçün görüş otaqlarının və texniki dəstəyin təmin edilməsini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
38 d. əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq
- 38 d. əvvəl
-
54 d. əvvəl
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
-
58 d. əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Ən çox oxunanlar
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb























