Özbəkistan Mərkəzi Bankına yeni rəhbər təyin edilib
Özbəkistan Ali Məclisinin Senatı namizədliyi ölkə prezidenti tərəfindən təqdim edilmiş Timur İşmetovun Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilməsini təsdiqləyib.
Bu barədə Özbəkistan KİV-ləri xəbər verir.
"Mərkəzi Bank haqqında" qanuna əsasən, Özbəkistan Senatı prezidentin təqdimatı əsasında Mərkəzi Bankın İdarə Heyətinin sədrini vəzifəyə təyin və vəzifədən azad edir.
T.İşmetov bu təyinata qədər prezidentin iqtisadi sahələrin inkişafı, investisiya və xarici ticarət siyasətinin həyata keçirilməsi məsələləri üzrə müşavirinin birinci müavini vəzifəsində çalışıb.
KİV-lərin məlumatına görə, 2017-ci ildən Mərkəzi Banka rəhbərlik edən M.Nurmuratov sözügedən bankda sədrin müşaviri vəzifəsini icra edəcək.
Qeyd edək ki, bu gün Özbəkistan Senatı Prezident Şavkat Mirziyoyevin təqdimatı əsasında Mamarizo Nurmuratovu Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 27 d. əvvəl
- 43 d. əvvəl
-
48 d. əvvəl
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb
- 49 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
-
1 saat əvvəl
Azərbaycanın elektrik enerjisi satışından gəliri 3 dəfə azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Qeyri-neft ixracına pambıq dəstəyi
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
Azərbaycanın sement ixracında geriləmə - 20,4% azalıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı























