Bank Respublika 2024-cü ili üzrə maliyyə nəticələrini açıqladı
Bank Respublika 2024-cü ili onun dayanıqlılığını və etibarlılığını təsdiqləyən möhtəşəm maliyyə nəticələri ilə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank Respublika Azərbaycanda bank xidmətləri bazarındakı lider mövqelərini daha da gücləndirib və ötən illə müqayisədə bütün maliyyə göstəriciləri üzrə dinamik inkişaf nümayiş etdirib:
- Bankın aktivləri artaraq 2,18 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
- Bankın məcmu kapitalı 34% artaraq 222,23 milyon manat təşkil edib, bu isə tənzimləyici normadan 4 dəfə çoxdur.
- Bankın kredit portfeli 25% artaraq 1,47 milyard manat təşkil edib.
- Bankın xalis faiz gəliri 29% artaraq 150,54 milyon manat olub.
- Bankın xalis əməliyyat mənfəəti 31%-dən çox artaraq 68,66 milyon manat olub.
- Bankın xalis mənfəəti 26% artaraq 50,57 milyon manat təşkil edib.
Qeyd edilib ki, 2024-cü ildə Bank Respublika, həm bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsini davam etdirmişdir. Bank, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EIB Global), Niderland İnkişaf Bankı (FMO) və Cənub-Şərqi Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır.
Ötən il rəqəmsal texnologiyaların inkişafı sahəsində də mühüm bir il olmuşdur. Rəqəmsal həllərin uğurlu tətbiqi və bank xidmətləri çeşidinin genişləndirilməsi, “Bank Respublika”ya müştərilərin etimadını gücləndirmək və yeni tərəfdaşlar cəlb etmək imkanı yaratmışdır. Bank, həmçinin, korporativ sosial məsuliyyət siyasəti çərçivəsində bir sıra sosial və ekoloji təşəbbüslərdə fəal iştirak etmişdir.
“2024-cü il bizim üçün yeni çağırışlar və böyük uğurlar ili oldu. Bu nailiyyətlər, ölkəmizin bütün sahələrdə dayanıqlı inkişafı üçün dövlət tərəfindən yaradılmış əlverişli şərait sayəsində əldə edilib. Bankın bütün əməkdaşlarına peşəkarlıqlarına və loyallıqlarına görə, eləcə də müştərilərimizə və tərəfdaşlarımıza göstərdikləri etimad və dəstəyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Əminik ki, 2025-ci il bizim üçün yeni perspektivlər və inkişaf imkanları açacaq. Bank Respublika, yeni innovativ həllərin tətbiqi və müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsi üzərində aktiv işləməyə davam edərək maliyyə sektorunun liderlərindən biri kimi öz mövqeyini gücləndirəcək.” - deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 4 saat sonra
-
-
6 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
11 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 12 saat əvvəl
-
13 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
14 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























