Dövlət satınalmalarında iştirak edən təchizatçılar bu arayışı heç bir yerə getmədən əldə edə biləcəklər
Dövlət satınalmalarında iştirak edən təchizatçılar satınalan təşkilatlara məhkumluq barədə arayışı portal vasitəsilə təqdim edə biləcəklərTəchizatçıların uyğunluq göstəriciləri üzrə müvafiq məlumatları ilə yanaşı, məhkumluq barədə məhkəmə qərarının olub-olmaması haqqında arayışın təqdim edilməsi portal vasitəsilə həyata keçirilir.
“İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 491 nömrəli Qərarına əsasən, bir sıra dövlət qurumları ilə dövlət satınalmalarının vahid internet portalının (etender.gov.az) inteqrasiyası nəzərdə tutulub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bu istiqamətdə həyata keçirilən növbəti inteqrasiya prosesi Daxili İşlər Nazirliyi ilə birgə “hüquqi şəxs və ya fərdi sahibkarın icra orqanının rəhbərinin satınalmaya dair elanın verilməsindən (dəvətin göndərilməsindən) əvvəlki 5 il ərzində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırılma cinayətlərinə görə məhkum olunmaması haqqında məhkəmə qərarının olub-olmaması barədə məlumat”ın arayış formasında portala ötürülməsi istiqamətində icra olunub.
İnteqrasiya sayəsində dövlət satınalmalarında iştirak edən təchizatçılar uyğunluq göstəriciləri ilə bağlı müvafiq məlumatlarla yanaşı, məhkumluq barədə məhkəmə qərarının olub-olmaması haqqında məlumatı heç bir yerə getmədən birbaşa şəxsi kabinetlərində sorğu etməklə əldə edə bilərlər. Bu funksiyanın tətbiqi təqdim edilən arayışların saxta olub-olmaması ilə bağlı riskləri tam aradan qaldırmaqla yanaşı, əlavə vaxt itkisinin yaranmasının da qarşısını alır.
Müraciət zamanı müvafiq altsistemlərə inteqrasiyanın həyata keçirilməsi, zəruri məlumatların ötürülməsi, tələb olunan məhkumluq barədə arayışın rəqəmsal formada təqdim edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Milli Məlumat Mübadiləsi Sistemi (“digital.bridge”) üzərindən həyata keçirilir. Bununla da, sistemdə müraciət zamanı kağız daşıyıcıda olan sənədlərin minimuma endirilməsi təmin edilmiş olur.
Qeyd: Təchizatçıların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılması məqsədilə müxtəlif dövlət qurumlarından tələb olunan sənədlərin portal vasitəsilə real vaxt rejimində əldə olunması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi ilə inteqrasiyalar həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
8 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 11 saat əvvəl
-
11 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
























