Avrasiya regionunun logistika və nəqliyyat peşəkarları Bakıda bir araya gələcəklər
2025-ci ilin 3–5 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi “TransLogistica Caspian”, nəqliyyat sahəsində müasir həllərin müzakirəsi və təqdimatı üçün önəmli bir platforma təqdim edir.
Təşkilatçının yaydığı məlumatda bildirilri ki, bu tədbir, logistika və nəqliyyat sahəsinin ən mühüm sərgilərindən biri kimi tanınır və Avrasiya regionununun peşəkarlarını bir araya gətirir.
Qlobal logistik marşrutların transformasiyası və artan rəqabət şəraitində, “TransLogistica Caspian” sərgisində iştirak, sektorda lider olmaq istəyən şirkətlər üçün vacib bir addım halına gəlir. Bu sərgi, beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya üçün yeni imkanlar açır, əməkdaşlıq üçün platforma təqdim edir və "Orta Dəhliz", TRACECA və "Bir Kəmər, bir yol" təşəbbüsləri çərçivəsində biznesin inkişafına unikal şərait yaradır.
Azərbaycan, eyni zamanda, qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər və nəqliyyat dəhlizlərinin artan əhəmiyyəti fonunda yol infrastrukturunu aktiv şəkildə inkişaf etdirir. Bu istiqamətdə əhəmiyyətli addımlardan biri, 2025-ci ilin 14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic” Sərgisidir. Bu sərgi, nəqliyyat sahəsində müasir həllərin müzakirəsi və nümayişi üçün mühüm bir platforma təqdim edir.
Qeyd edilib ki, Bakı kimi müasir meqapolislər artan nəqliyyat infrastrukturunun problemləri ilə qarşılaşır: tıxaclar, gecikmələr, hava çirkliliyi və yol resurslarının qeyri-effektiv istifadəsi. Bu çətinliklər “Road & Traffic” kimi ixtisaslaşmış sərgilərdə təqdim ediləcək və müzakirə olunacaq innovativ həllər tələb edir. Şəhər və regiondakı nəqliyyat vəziyyətini yaxşılaşdırmağa çalışan şirkətlər, dövlət qurumları və ekspertlər üçün bu cür tədbirlərdə iştirak etmək mühüm addıma çevirilib.
“TransLogistica Caspian” və “Road & Traffic” sərgiləri, nəqliyyat və logistika sahəsinin peşəkarları üçün unikal imkanlar təqdim edir. Bu tədbirlər təcrübə mübadiləsi, innovativ həllərin tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsini təşviq edir ki, bu da dinamik şəkildə dəyişən qlobal bazarda xüsusi əhəmiyyət daşıyır. Bu sərgilərdə iştirak, şirkətlərə və mütəxəssislərə nəqliyyat infrastrukturunun inkişafında lider olmaq və regionun dayanıqlı inkişafına töhfə vermək imkanı yaradacaq.
Tədbirin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “CEM FZ-LLC” şirkətləridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
11 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 14 saat əvvəl
-
14 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















