“Araz” supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi oldu
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibi olub.
“Award Organizers Group”un təşkilatçılığı, Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və “Caspian Energy Club”ın dəstəyi ilə keçirilən müsabiqədə yerli korporativ, sosial, xidmət və məhsul brendləri iştirak edib. Qalib müstəqil beynəlxalq platformada keçirilən səsvermə nətcəsində müəyyən edilib. Səsvermə nəticəsində finala çıxan 50 brend arasından “Araz” supermarketlər şəbəkəsi birinci olub.
Mükafatlandırma mərasimində çıxış edən “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov bildirib ki, bu mükafat "Araz"ın müştərilərinə göstərdiyi keyfiyyətli xidmətin, etibarlılığın və innovativ yanaşmanın nəticəsidir:
"Araz" Azərbaycanın pərakəndə ticarət sahəsində mühüm rol oynayan, ölkəmizin iqtisadiyyatına, məşğulluğun təmin edilməsinə töhfə verən böyük şirkətlərdən biridir. Şirkətimizin Azərbaycan istehlakçısına keyfiyyətli qida və qeyri-qida məhsullarını münasib qiymətlərlə təqdim edir.”.
Qeyd edək ki, 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibi olan brendlər 2025-ci ilin sonunda baş tutacaq “Brand Award International” beynəlxalq yekun müsabiqəsində iştirak etmək imkanı qazanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















