Tezliklə Azərbaycan mediası üçün süni intellekt sistemi istifadəyə veriləcək
Süni intellekt və media: Yeni dövrdə informasiyanın idarə edilməsi. Innovation Media Services (InnMedia) şirkətinin inkişaf etdirdiyi sistem medianın əsas problemlərini həll etməyi hədəfləyir. InnMedia-nın startap layihəsinə investorların cəlbinə başlanılıb.Müasir dünya informasiya partlayışı dövründədir. Media sahəsində informasiyanı tez və dəqiq idarə etmək artıq sadəcə jurnalistikanın deyil, texnologiyanın da məsuliyyətinə çevrilib.
Azərbaycan mediası da qlobal transformasiyadan geri qalmamaq üçün yeni yanaşmalar axtarır. Bu məqamda süni intellekt və avtomatlaşdırılmış sistemlər medianı yenidən şəkilləndirməyə başlayır.
Medianın avtomatlaşdırılması - gələcəyin qaçılmaz istiqaməti
Son illərdə media subyektləri böyük həcmli məlumatları idarə etməkdə çətinliklər yaşayır. Xüsusilə, dezinformasiyaların yayılması, faktların yoxlanması ünvanında ciddi problemlər ortaya çıxır.
Azərbaycanda bu istiqamətdə iş görən Innovation Innovation Media Services (InnMedia) şirkəti regionda süni intellektin mediaya inteqrasiyası sahəsində liderliyə iddialıdır. InnMedia süni intellektin potensialından tam istifadə edən ilk startaplardan biridir. Şirəkətin inkişaf etdirdiyi sistem medianın əsas problemlərini həll etməyi hədəfləyir:
• Tam avtomatlaşdırılmış redaksiyalar;
• Jurnalistlər üçün avtomatlaşdırılmış CMS;
• Səsləndirmə və audio kontent;
• Rəsmi informasiya məmbələrin (qərar, sərəmcam, qanun və s.) avtomatik təhlili;
• Fakt (feyk) yoxlama aləti;
• Dünya üzrə bazar (istənilən dildə) araşdırılması;
Süni intellekt Azərbaycan mediasını haraya aparır?
Rəqəmsal dövr Azərbaycan mediasını yeni dalğaya dəvət edir. InnMedia məhz bu istiqamətləri həyata keçirməyi planlaşdırır və artıq Azərbaycanda texnologiya bazarında işini qurur. Süni intellekt və media sintezinin mükəmməl nümunəsini yaratmaqla, Azərbaycanın media sahəsinin gələcəyinə öncüllük edir.
Hazırda, InnMedia investorların cəlb olunmasının pre-seed məlhələsindədir. İnvestisiya raundlarda iştirak etmək istəyən investorlar: [email protected] ünvana müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
7 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
9 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
9 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib



























