"Şirvan Sığorta və Təkrar Sığorta Brokeri” maliyyə vəziyyətini açıqlayıb
"Şirvan Sığorta və Təkrar Sığorta Brokeri” MMC 2024-cü ili 22 min 208 manat xalis zərər ilə başa vurub. Şirkət 2023-cü ili 77 min 649 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Şirvan Sığorta və Təkrar Sığorta Brokeri” mənfəətdən zərərə keçib. Bunun səbəbi Şirkətin gəlirlərinin kəskin azalmasıdır.
Marja.az Şirkətin 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Şirvan Sığorta və Təkrar Sığorta Brokeri”nin cəmi gəlirləri 2023-cü ildə 133 min 442 manat ikən, 2024-cü ildə 12 min 211 manat təşkil edib (121 min 231 manat və ya təxminən 11 dəfə azalıb). Şirkətin bütün gəliri "sair gəlirlər" üzrə təsnifləşdirilir.
"Şirvan Sığorta və Təkrar Sığorta Brokeri”nin cəmi xərcləri 2023-cü ildə 36 min 380 manat ikən, 2024-cü ildə 34 min 415 manat olub (1965 manat və ya 5,4% azalıb).
Gəlirlərdəki azalmanın məbləği xərclərdəki azalmanın məbləğindən daha yüksək olub. Eyni zamanda, ötən il "Şirvan Sığorta və Təkrar Sığorta Brokeri”nin gəlirləri xərclətini ödəməyib.
31 dekabr 2024-cü il tarixində 67 min 129 manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 100 min 774 manat cəmi aktivlərə mali idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























