Kredit təşkilatı illik 17% gəlir vəd edən istiqrazlarına 50 investor 50 sifariş təqdim etdi
17 mart 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KREDİT EVİ" ASC-nin 1 milyon manatlıq istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.
Bakı Fond Birjasının yaydığı məlumata görə, qeyd olunan AZ2001021495 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 04.04.2025-ci il tarixində yekunlaşmışdır.
İstiqrazlara 50 investor 50 sifariş təqdim edib. İstiqrazlar tam məbləğdə yerləşdirilib .
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "KREDİT EVİ" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001021495
İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli
İstiqrazların sayı: 1000 (ədəd)
İlkin ticarət qiyməti: 1000 manat
Buraxılış həcmi: 1 000 000 manat
İllik gəlirlilik faizi: 17%
Ödəmə periodu: Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 30 təqvim günündən 3(üç) iş günü gec olmayaraq
Tədavül müddəti: 5 il
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 manat
Reallaşdırılmış həcm: 1 000 000 manat
Hərrac qiymət: 1000 manat
İnvestor sayı: 50
Sifariş sayı: 50
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 10 d. əvvəl
- 17 d. əvvəl
-
31 d. əvvəl
Nazir müavini: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
-
33 d. əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 50%-ə yaxın artıb
- 44 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
SpaceX tarix yazdı: IPO-dan 85,7 milyard dollar cəlb edildi
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
























