Xalq Bank 1-ci rübün yekunlarını açıqladı
Xalq Bank 2025-ci ilin ilk rübünü 11 milyon 860 min manat xalis mənfəət ilə başa vurub.Xalq Bank 2025-ci ilin 1-ci rübünün (yanvar-mart) əsas maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilri ki, ölkənin ən böyük özəl banklarından biri olan Xalq Bankın aktivləri 2025-ci ilin 1-ci rübündə ötən ilin analoji dövrünün sonu ilə müqayisədə artaraq 31 mart 2025-ci il tarixində 3 milyard 44 milyon manat təşkil edib.
Bankın kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) 1.8 % artaraq 1 milyard 887 milyon manata çatıb. Banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 1 milyard 819 milyon manat təşkil edib.
2025-ci ilin I rübünün sonuna Bankın cəmi kapitalı ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 12.5%, yəni 57.7 milyon manat artaraq 519.1 milyon manat, xalis mənfəəti 11 milyon 860 min manat təşkil edib.
"Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 16 saat sonra
-
- 20 d. əvvəl
-
35 d. əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 41 d. əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
2 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azad edilmiş ərazilərə ümumi investisiyaların həcmi 17 milyard dolları yaxındır"
-
2 saat əvvəl
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
-
4 saat əvvəl
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Ən çox oxunanlar
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
Dövlət büdcəsində 3 milyard manata yaxın profisit yaranıb
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
İyunun 19-da gözlənilən hava şəraiti





















