AvtoVAZ 47 mindən çox Lada avtomobilini geri çağıracaq
"AvtoVAZ" Rusiyada 47 139 Lada avtomobilini geri çağıracaq.
Marja.az "Rosstandart" istinadən xəbər verir ki, geri çağırış kampaniyasına səbəb avtomobillərdə fövqəladə hallar xidmətinin çağırış sistemi üçün idarəetmə blokunun olmamasıdır.
Geri çağırılma 2021-ci ilin oktyabrından 2023-cü ilin avqustuna qədər satılan 22 731 Lada Vesta avtomobilinə və 24 408 Lada Largus avtomobilinə aiddir.
"Rosstandart", markanın dilerlərində geri çağırılmalı olan bütün avtomobillərdə təcili çağırış sisteminin idarəetmə blokunun quraşdırılacağını bildirib.
AvtoVAZ-ın mətbuat xidmətindən verilən məlumata görə, yuxarıda adı çəkilən avtomobillərin sahiblərinə təmir üçün dəvətnamələr göndəriləcək.
"Maşınlar əlavə olaraq avtomatik zəng funksiyasına malik ERA-QLONASS (ЭРА-ГЛОНАСС) qurğusu ilə təchiz olunacaq. Sistem Rusiyanın "Itelma" şirkəti tərəfindən istehsal edilib və təchiz edilib" , - mətbuat xidmətindən bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 30 d. əvvəl
-
48 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
1 saat əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Ən çox oxunanlar
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib


























