Mərkəzi Bank valyuta aktivlərinin idarə edilməsindən rekord məbləğdə gəlir əldə edib
2024-cü ildə xarici pul və istiqraz bazarlarında mövcud əlverişli mühit və nisbi gəlirliliyin artırılması istiqamətində tətbiq edilən portfel strategiyaları nəticəsində Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən rekord məbləğdə, 491.6 milyon ABŞ dolları gəlir əldə edilmiş, investisiya portfelinin gəlirliliyi isə 4.5% təşkil etmişdir.
Marja.az xəbər verir ki, bu, 2024-cü il üçün Mərkəzi Bankın illik hesabatında bildirilir.
Qeyd edilib ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları hesabat ili ərzində əsasən daxili bazarda valyuta satışları və məzənnə fərqi hesabına 653.5 milyon ABŞ dolları və ya 5.6% azalaraq 2024-cü ilin sonuna 10.96 milyard ABŞ dolları təşkil etmişdir.
Qeyd edilib ki, 2024-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları mövcud investisiya çərçivəsi əsasında qəbul edilmiş əməliyyat investisiya proqramına uyğun olaraq idarə edilmişdir. 2024-cü il ərzində aparıcı inkişaf etmiş ölkələrdə inflyasiya ilə mübarizə fonunda məhdudlaşdırıcı maliyyə şəraitinin mövcudluğuna və geosiyasi risklərə baxmayaraq bir sıra makroiqtisadi göstəricilər gözləntiləri üstələmişdir. İnflyasiya templərinin azalma trayektoriyasına uyğun olaraq aparıcı inkişaf etmiş ölkələrin mərkəzi bankları tərəfindən əsas siyasət faiz dərəcələri qismən azaldılmışdır. Bununla belə, geosiyasi gərginliklər, ticarət məhdudiyyətlərinin artması və potensial proteksionist tədbirlərin inflyasiya üzərində artırıcı təsirləri, eləcə də ABŞ iqtisadiyyatında müşahidə olunan yüksək dayanıqlılıq nəzərə alınmaqla aparıcı inkişaf etmiş ölkələrin mərkəzi bankları pul siyasətinin yumşaldılmasına ehtiyatlı yanaşma nümayiş etdirmişlər. Nəticədə, xarici maliyyə bazarlarında qısamüddətli faiz dərəcələri azalsa da, uzunmüddətli seqment üzrə faiz dərəcələrinin artması müşahidə edilmişdir. Bütövlükdə, Mərkəzi Bankın valyuta ehtiyatları yüksək gəlirlilik və geosiyasi/geoiqtisadi reallıqlardan irəli gələn yüksək qeyri-müəyyənliklər mühitində idarə edilmişdir. Valyuta ehtiyatları il ərzində Mərkəzi Bankın pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirliliyin artırılması məqsədilə saxlanılan investisiya tranşına bölünməklə idarə edilmiş, alternativ valyutalara investisiya edilməsi istiqamətində işlər aparılmışdır. 2024-cü ilin sonuna rəsmi valyuta ehtiyatlarının 87%-ni ABŞ dolları, 3%-ni avro, 2%-ni Çin yuanı, 1%-ni İngiltərə funt-sterlinqi, 7%-ni isə XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil etmişdir.
Hesabat ilində Mərkəzi Bankın valyuta ehtiyatları hər bir tranşın və alt-portfellərin məqsədlərinə uyğun olaraq seçilmiş bençmarklar əsasında, xarici ölkələrin investisiya dərəcəli kredit reytinqinə malik dövlət və kvazi-dövlət borc öhdəliklərinə investisiya edilməklə idarə edilmişdir. Mərkəzi Bank valyuta ehtiyatlarının idarə edilməsində daxili idarəetmə ilə yanaşı, xarici menecerlərlə əməkdaşlığı davam etdirmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
7 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
8 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
9 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
9 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib



























