PAŞA Holding-in təşkilatçılığı ilə "Business Talks by PASHA Holding" platformasının ilk tədbiri baş tutub!
Bir müddət öncə, PAŞA Holding tərəfindən “Business Talks by PASHA Holding” adlı yeni platforma təqdim olunub. Bu platforma müasir biznes dünyasında baş verən əsas tendensiyaların, çağırışların və strateji yanaşmaların müzakirə olunduğu peşəkar dialoq və fikir mübadiləsi mühitidir.
Layihənin əsas məqsədi yerli iqtisadiyyat iştirakçıları üçün müxtəlif sahələrdə baş verən yenilikləri və trendləri birgə müzakirə etmək, fikir mübadiləsi aparmaq və peşəkarlar arasında şəbəkələşməni gücləndirməkdir.
Platformanın ilk tədbiri 13 iyun 2025-ci il tarixində PAŞA Holding-in təşkilatçılığı və EY Azərbaycan, S&P Global, eləcə də Bakı Fond Birjası şirkətlərinin tərəfdaş dəstəyi ilə keçirilib. Açılış tədbiri dayanıqlı maliyyə mövzusuna həsr olunub və Azərbaycanın aparıcı biznes və maliyyə sektoru nümayəndələrini bir araya gətirib.
Tədbirin əsas məqsədi ESG hesabatlılığı, ESG reytinqləri və iqlimlə bağlı maliyyə riskləri sahəsində beynəlxalq təcrübələrin, yeni çağırışların və strateji yanaşmaların müzakirəsi, eləcə də yerli bazar oyunçuları arasında şəbəkələşmənin gücləndirilməsi olub.
Açılış nitqləri ilə Azərbaycan Respublikasının Baş Nazirinin Müavini Samir Şərifov, İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın Sədri Taleh Kazımov, PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov, eləcə də EY Azərbaycan şirkətinin İdarəedici Partnyoru İlqar Vəliyev çıxış ediblər.
Azərbaycan Respublikasının Baş Nazirinin Müavini Samir Şərifov qeyd edib ki:
“ESG prinsiplərinin effektiv təşviqi və tətbiqi üçün ölkəmizdə institusional çərçivə də formalaşmaqdadır. Belə ki, təxminən iki il əvvəl rəhbərlik etdiyim Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın nəzdində ESG standartlarının təşviqi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbərliyi ilə yaradılmış Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrupu, dövlət, özəl və ictimai sektor arasında koordinasiyalı və sistemli yanaşmanın əsasını qoymuşdur.”
İqtisadiyyat Naziri Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatındakı keyfiyyət dəyişiklikləri və inkişaf perspektivləri barədə məlumat verib, dövlətlə özəl sektor arasından dialoqun önəmini vurğulayıb. Ekoloji, sosial və korporativ idarəetməni ehtiva edən ESG prinsiplərinin əhəmiyyətini qeyd edən iqtisadiyyat naziri bildirib ki, dayanıqlı maliyyələşmə və rəqabətqabiliyyətli biznes mühitinin formalaşdırılmasında bu prinsiplər mühüm rol oynayır. Qlobal çağırışlar fonunda ESG yanaşmasının tətbiqi uzunmüddətli inkişafı hədəfləyən uğurlu biznes modellərinin qurulması üçün zəruri şərtlərdəndir.
Azərbaycan Respublikası Mərkəzi Bankının Sədri Taleh Kazımov ölkədə yaşıl keçidin sürətlənməsi və dayanıqlı maliyyənin təşviqi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən islahatlar və gələcək planlar barədə ətraflı məlumat verib. O, Mərkəzi Bank tərəfindən qəbul edilmiş “Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi”, eləcə də “2024–2026-cı illəri əhatə edən Maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində dayanıqlı maliyyənin əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyini bildirib.
Bundan əlavə, PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasəmov qeyd edib ki: “Business Talks by PASHA Holding platformasının üç əsas vəzifəsi mövcuddur:
Yalnız uğur hekayələrini deyil, həm də real təcrübələri, yol verilmiş səhvləri və onlardan çıxarılan dərsləri auditoriyaya təqdim etmək. Yeni trendlər, bacarıqlar və düşüncə tərzləri vasitəsilə biznes liderlərinin inkişaf potensialını gücləndirmək. Dövlət qurumları ilə eyni masa ətrafında toplanaraq mövcud çağırışları açıq şəkildə müzakirə etmək və birgə həll yolları formalaşdırmaq.”
Tədbir çərçivəsində iki panel müzakirəsi və bir interaktiv dialoq sessiyası keçirilib. Panel müzakirələrində ESG və kredit reytinqləri, hesabatlılıq və risklərin idarə olunması ilə bağlı beynəlxalq və yerli ekspertlər öz təcrübələrini bölüşüblər. Eyni zamanda, Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə ilə dayanıqlı maliyyəyə dair dialoq formatında maraqlı fikir mübadiləsi aparılıb.
Spikerlər arasında S&P Global Ratings, ACCA, EY, Bakı Fond Birjası, Beynəlxalq Maliyyə Korporasiyası, PAŞA Holding, Azercell, Kapital Bank, SOCAR və NEQSOL Holding kimi təşkilatların yüksək səviyyəli nümayəndələri yer alıb. Müzakirələrdə ESG-nin biznesə təsiri, korporativ reytinqlərə təsir edən amillər, yeni hesabatlıq tələbləri və gələcək risklər dərin təhlil edilib.
“Business Talks by PASHA Holding” platformasının növbəti tədbirlərində də biznes aləmini maraqlandıran strateji və aktual mövzuların müzakirəsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
7 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
8 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
9 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib

























