Nvidia və AMD şirkətləri Çinə çip satışı üzrə gəlirin 15 faizini ABŞ dövlətinə ödəyəcəklər
Məlumata görə, Nvidia və AMD şirkətləri süni intellekt çiplərinin Çinə satışından əldə olunan gəlirin 15 faizini ABŞ dövlətinə ödəməyə razılaşıblar.Nvidia və Advanced Micro Devices (AMD) Çində satılan bəzi çiplərdən əldə olunan gəlirin bir hissəsini ABŞ dövlətinə ödəməyə razılaşıblar.
Marja.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Məlumata görə, Çində çip satışından əldə edilən gəlirin 15 faizi müqabilində iki çip istehsalçısı - Nvidia-nın H20 və AMD-nin MI308 modellərini satmaq üçün ixrac lisenziyası alacaq.
Razılaşma ABŞ prezidenti Donald Trampın tariflərinin qlobal iqtisadiyyata təsirini davam etdirdiyi bir vaxta təsadüf edir.
Nvidia-nın baş direktoru Jensen Huang keçən həftə Trampla görüşüb.
Nvidia Financial Times-a verdiyi açıqlamada, "Biz qlobal bazarlarda əməliyyatlarımız üçün ABŞ hökumətinin müəyyən etdiyi qaydalara əməl edirik",- bildirib.
Tramp keçən həftə bildirib ki, əgər şirkət “ABŞ-da istehsal etməyəcəksə” yarımkeçiricilər və çip idxalına 100 faiz rüsum tətbiq edəcək.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























