Avropa bankı Azərbaycanın mebel istehsalçısına 7 milyon dollar kredit ayırdı
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın aparıcı mebel istehsalçısı və pərakəndə satış şirkəti olan "Saloğlu"nun inkişafını dəstəkləmək məqsədilə şirkətə 7 milyon ABŞ dolları ekvivalenti məbləğində (cari məzənnə ilə 11,9 milyon manat) yerli valyutada kredit ayırır.
Marja.az AYİB-ə istinadən xəbər verir ki, bu vəsait şirkətin rəqabət qabiliyyətinin gücləndirilməsinə yönəldiləcəkdir.
Kredit vəsaiti "Saloğlu"nun Ağstafa rayonunda yerləşən istehsal müəssisəsi üçün yeni istehsal avadanlıqlarının alınması və ölkə üzrə fəaliyyət göstərən pərakəndə satış mağazalarının təmir-bərpası nəzərdə tutulur.
2000-ci ildə təsis edilmiş Saloğlu şirkəti qonaq və yataq otaqları üçün yumşaq mebel dəstlərinin istehsalı, o cümlədən döşəklər və kreslolar kimi məhsulların istehsalı üzrə ixtisaslaşmışdır. Bununla yanaşı, şirkət Türkiyə, İtaliya və ABŞ istehsalı olan məşhur brendlərin Azərbaycandakı rəsmi distribütoru kimi də fəaliyyət göstərir.
Saloğlu AYİB-in uzunmüddətli tərəfdaşlarından biridir. Şirkət ilk olaraq AYİB ilə Bankın Avropa İttifaqı və Kiçik Biznesə Təsir Fondu tərəfindən maliyyələşdirilən kiçik bizneslərə məsləhət proqramı çərçivəsində rəqabət qabiliyyətinin artırılması məqsədilə əməkdaşlıq etmişdir.
Bundan öncə də "Saloğlu" şirkəti Ağstafa rayonunda enerji səmərəli istehsal müəssisəsi və Bakı şəhərində anbarın tikintisini maliyyələşdirmək üçün AYİB-dən 4 milyon avro ekvivalentində yerli valyutada kredit əldə etmişdir.
AYİB Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və özəl sektorun inkişafına dəstək verən aparıcı institusional investorlardan biridir. Bank bu günədək ölkədə 200-ə yaxın layihə üzrə ümumilikdə 3.65 milyard avro həcmində investisiya həyata keçirmişdir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 54 d. əvvəl
- 3 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
6 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
6 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























