"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
Azərbaycanda muzdlu işçilərin sayı 1 milyon 770 min nəfərdir. Düşünürəm bu rəqəm aşağıdır.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, hökumətin aidiyyəti qurumları bu istiqamətdə işi artırmalıdır:
“Bu rəqəm bizi narahat etməlidir. Çünki muzdlu işçilər məşğul əhalinin 35 faizini təşkil edir. Bu rəqəm aşağıdır. Nə qədər ki, bu rəqəm aşağıdır, bizim həmişə pensiya təminatında, vergilərdə, sosial sığortanın yığılmasında problemlərimiz olacaq. Ölkəmizdə bu ilin birinci yarısında iqtisadi fəal əhalinin sayı 5 milyon 355 min 400 nəfər təşkil edib. Məşğul əhalinin sayı 5 milyon 74 min 200 nəfər, muzdlu işçilərin sayı 1 milyon 770 min nəfər olub”.
Azərbaycanda hər 5 nəfərdən biri dövlətdən pensiya və müavinət alır
“Bu ilin 1-ci yarısında ölkə üzrə orta aylıq pensiya artıb, yaşa görə pensiya 574 manata çatıb, əvəzetmə əmsalı 49% təşkil edir. Bu da beynəlxalq əmək təşkilatının təyin etdiyi standartlara uyğundur” - Musa Quliyev deyib.
Deputat bildirib ki, ölkəmizdə 5-ci sosial paket islahatları başlayıb: “O cümlədən minimum əməkhaqqı 345 manatdan 400 manata çatıb. Ümumiyyətlə son 3 ildə pensiyanın minimum məbləği artıb, pensiyanın orta aylıq məbləği isə 302 manatdan 538 manata yüksəlib. Minimum pensiyanın orta aylıq pensiyaya nisbəti 60%-dir. Ölkədə 1 103 300 nəfər pensiyaçıdır. 64,6%-i yaşa görə pensiyaçıdır, 12,4% ailə başçısını itirməyə görə pensiya alır".
Komitə sədri həmçinin bildirib ki, Azərbaycanda hər 5 nəfərdən biri dövlətdən pensiya, müavinət, təqaüd, yaxud başqa yardım alır:
“Sosial dövlət olmağımızın göstəricisi budur. 2 milyondan çox insan dövlətin sosial müdafiə tədbirləri ilə birbaşa əhatə olunub”.
"Dövlətin sosial məsuliyyətindən biri də vətəndaşı iş yeri ilə təmin etməkdir"
Musa Quliyev, “Dövlət sektorunda iş yerlərinin bağlanmasını yaxşı hal hesab etmirəm. Ümumiyyətlə, iş yerlərinin bağlanmasının tərəfdarı deyiləm” bildirib.
Komitə sədri qeyd edib ki, bu ilin birinci yarım ilində yeni açılan iş yerlərinin sayı 48,9 min olub. Onun sözlərinə görə, bunlardan 92,1%-i qeyri-dövlət sektorunu əhatə edir: “Bu, yaxşı göstəricidir. Bağlanan iş yerlərinin sayı isə 4,3 min - 54,3%-i qeyri-dövlət sektoru olub. Dövlət sektorunda iş yerlərinin bağlanmasının qəti tərəfdarı deyiləm. Bəziləri deyirlər ki, bu, dövlətin yükünü azaltmaqdır. Dövlətin sosial məsuliyyətindən biri də vətəndaşı iş yeri ilə təmin etməkdir. İş yerlərinin bağlanmasının tərəfdarı deyiləm. Xüsusilə, dövlət sektorunda iş yerlərinin bağlanmasını yaxşı hal hesab etmirəm”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
15 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 18 saat əvvəl
-
18 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















