Naxçıvan Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb
Naxçıvan Sənaye Parkı üçün daxili infrastrukturun yaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.
Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonalarin İnkişafı Agentliyi "Naxçıvan Sənaye Parkı üçün daxili infrastrukturun yaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması" ilə bağlı tender elan edib.
Tender üzrə ehtimal olunan qiymət 305 min 415 manatdır.
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 06.10.2025,-ci il, Zərflərin açılış tarixi və vaxtı: 06.10.2025-ci ildir.
Məlumata görə, görüləcək işlərə mühəndis-geoloji və topoqrafiya işlərinin aparılması, baş planın, şəhərsalma əsaslandırılması layihəsinin, işçi layihəsinin, ərazinin relyefə uyğun olaraq planlaşdırılması, hamarlanması və torpaq kütləsinin kartoqrammasının hazırlanması daxildir. Həmçinin ərazinin sel sularından qorunması üçün seltoplayıcı kanallar layihələndirilməlidir.
Bundan başqa, sənaye parkının daxili yollarının eni və asfalt örtüyünün qalınlığı daxildə hərəkət edən avtomobillərinin əksəriyyətinin ağır tonnajlı (TIR) maşınlar olması nəzərə alaraq layihələndirilməli, eləcə də dalan dəmir yolu xətti layihələndirilməli və işlər yerli tikinti materiallarından istifadə olunmaqla yerinə yetirilməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























