Bankların kredit portfelinin artım tempi sürətlənib
Bankların kredit portfelinin (müştərilərə verilmiş kreditlər) aylıq artım tempi 0.7%-dən 2%-ə yüksəlib.2025-ci ilin sentyabr ayında bankların kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2% və ya 571.4 milyon manat artaraq 30 sentyabr 2025-ci il tarixində 29 milyard 276.3 milyon manata çatıb.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankı Statistik bülletenin Sentyabr sayında bildirilir.
30 sentyabr 2025-ci il tarixin bankların kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.1% (15 milyard 544.6 milyon manat);
ıı) istehlak kreditləri – 31.4% (9 milyard 183.5 milyon manat)
ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 548.2 milyon manat).
2025-ci ilin Avqust ayında İyul ayının sonu ilə müqayisədə bankların kredit portfeli 0.7% və ya 206.7 milyon manat artaraq 31 Avqust 2025-ci il tarixində 28 milyard 704.9 milyon manat olmuşdu.
31 Avqust 2025-ci il tarixinə bankların kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 52.6% (15 milyard 91.8 milyon manat);
ıı) istehlak kreditləri – 31.7% (9 milyard 114.5 milyon manat)
ııı) ipoteka kreditləri – 15.7% (4 milyard 498.6 milyon manat).
2025-ci ilin iyul ayında iyun ayı ilə müqyisədə Azərbaycan bankların kredit portfeli 0.1% və ya 26 milyon manat artaraq 31 İyul 2025-ci il tarixində 28 milyard 498.2 milyon manat olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
9 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
9 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
11 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
12 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
12 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib



























