Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
“Zabrat maşınqayırma zavodu”nu özəlləşdirmək istəyən iddiaçı 4 milyon manatdan az olmayan investisiya proqramı təqdim edilməlidir. Müsabiqənin qalibi büdcəyə azı 2 milyon 850 min manat ödəməlidir.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, “Zabrat maşınqayırma zavodu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edir.
Marja xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, N.Zeynalova küçəsi, 196 ünvanında yerləşən “Zabrat maşınqayırma zavodu” ASC-nin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar sərmayə qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 4 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, məhsul çeşidinin genişləndirilməsi ilə bağlı konkret təkliflər verməlidirlər.
Müəssisənin ümumilikdə 951 min 839 manat həcmində öhdəlikləri var.
Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (2 milyon 850 min manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsinə çıxarılan səhmdar cəmiyyəti barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə ətraflı məlumat almaq olar.
İddiaçıların ərizə və təkliflərinin qəbulu 2025-ci il 15 dekabr tarixinədək (iş günləri saat 10:00-dan 17:30-dək) Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaqdır.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 2025-ci il 16 dekabr tarixində saat 15:00-dan başlayaraq həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
13 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 15 saat əvvəl
-
16 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















