Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
Naxçıvan sahibkarları sevinir: "2026-cı il üçün Naxçıvan sahibkarlarına şamil edilən yeni vergi və gömrük güzəştləri, habelə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində qəbul etdiyiniz mühüm qərarlar bizi dərin məmnunluq hissi ilə sevindirmişdir".Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!
Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə Azərbaycanın bütün bölgələrində olduğu kimi, qədim Naxçıvan diyarında da genişmiqyaslı quruculuq və abadlıq işləri uğurla həyata keçirilir, iqtisadiyyatımız davamlı şəkildə inkişaf edir. Dövlətimiz tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı bizi daim yeni nailiyyətlərə ruhlandırır.
Xüsusilə qeyd etmək istərdik ki, 2026-cı il üçün Naxçıvan sahibkarlarına şamil edilən yeni vergi və gömrük güzəştləri, habelə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində qəbul etdiyiniz mühüm qərarlar bizi dərin məmnunluq hissi ilə sevindirmişdir. Bu güzəştlər Sizin Naxçıvanın iqtisadi potensialının gücləndirilməsinə, eləcə də blokada şəraitində fəaliyyət göstərən sahibkarlara göstərdiyiniz xüsusi diqqət və həssas münasibətin bariz nümunəsidir.
Yaradılmış bu əlverişli şərait və verilən imtiyazlar bölgədə investisiya mühitinin canlanmasına, yerli istehsalın genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verəcəkdir. Biz – Naxçıvan Muxtar Respublikasının sahibkarları olaraq, göstərdiyiniz yüksək etimadı doğrultmaq, muxtar respublikanın və bütövlükdə Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə vermək üçün bundan sonra da bütün imkanlarımızla çalışacağımıza Sizi əmin edirik.
Möhtərəm Ali Baş Komandan!
Bir daha Sizi bu əlamətdar bayramlar münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, müstəqil Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Naxçıvan Sahibkarlar Konfederasiyası
1 yanvar 2026-cı il
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















