Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
ABŞ "TRIPP Development Company"də səhmlərin 74, Ermənistan isə 26 %-ni əldə edəcəkABŞ Ermənistanla birlikdə təsis olunacaq "TRIPP Development Company" (Tramp Marşrutunun operatoru) şirkətində nəzarət paketini əldə edəcək.
Bu barədə ABŞ Dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın TRIPP ilə bağlı birgə bəyanatında deyilir.
"Ermənistan "TRIPP Development Company"yə 49 illik müddətə layihənin inkişafı hüququnu verməyi nəzərdə tutur. Şirkətin səhmlərinin 74 %-nin ABŞ-nin, 26 %-nin isə Ermənistanın payına düşəcəyi nəzərdə tutulur. Razılaşmanın daha 50 il uzadılmasından sonra Ermənistanın payı 49 %-ə qədər artacaq", - bəyanatda qeyd edilib.
Həmçinin bidirilib ki, səhmdarların strukturunda və ya son benefisiarlarda hər hansı dəyişiklik üçün ABŞ və Ermənistan hökumətlərinin əvvəlcədən razılığı tələb olunur.
TRIPP-in inkişafı üzrə şirkət multimodal infrastrukturun planlaşdırılması, tikintisi, istismarı və xidməti, xüsusi layihə şirkətlərinin yaradılması, podratçılar və operatorlarla müqavilələrin bağlanması, gəlirlərin toplanması və generasiyası, eləcə də TRIPP marşrutunun idarə edilməsi üçün müstəsna hüquq əldə edir.
Əməliyyat şirkəti tərəfindən idarə olunacaq mümkün obyektlərə bunlar daxildir: dəmir yolu infrastrukturu, avtomobil yolları, körpülər və tunellər, enerji və rəqəmsal infrastruktur (fiber-optik kabellər), həmçinin köməkçi obyektlər və təhlükəsizlik sistemləri.
Sənəddə qeyd edilib ki, şirkətin gəlir mənbəyi təmin edilən infrastruktura çıxış haqqı, kommersiya fəaliyyəti, icarə, xidmət haqları və digər mənbələr olacaq. Şirkət "front office-back office" modelində fəaliyyət göstərəcək. "Front-office" sənədlərin qəbulu və yoxlanılması, informasiya dəstəyi, vəsaitlərin toplanması (vergilər birbaşa Ermənistan büdcəsinə köçürüləcək) və inzibati məsələlər ilə məşğul olacaq.
Öz növbəsində, Ermənistanın dövlət orqanlarından ibarət "back-office" son gömrük qərarlarını qəbul, təhlükəsizlik nəzarətini təmin edəcək, miqrasiya nəzarəti, yoxlamalar həyata keçirəcək və icazələr verəcək.
Sənədə əsasən, Birləşmiş Ştatların layihənin həyata keçirilməsindən əldə edəcəyi faydalar bunladır: ABŞ investisiyaları, biznesi və malları üçün yeni bazarların açılması; xammal, kritik minerallar və nadir torpaq metallarının ABŞ bazarlarına tədarükü üçün ticarət əlaqələrinin təmin edilməsi; ABŞ, Avropa və Asiya arasında ticarət marşrutlarının sayının artırılması, geosiyasi dəyişikliklərdən asılı olmayaraq insanların və malların hərəkətini təmin edilməsi.
Eyni zamanda, Ermənistan isə ixtisaslı kadrlar üçün iş yerlərinin açılması; beynəlxalq şirkətlərlə tərəfdaşlıq edən birgə müəssisələr; Ermənistan biznes potensialının inkişafı və texnologiyaların ötürülməsi; regiona reinvestisiyalar şəklində fayda əldə edəcək.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 14 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 35 d. əvvəl
- 45 d. əvvəl
-
52 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
58 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
1 saat əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Ən çox oxunanlar
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib






















