"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
“PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə start verib. İPO “Paylaşdıqca böyüyürük – birlikdə” şüarı altında həyata keçirilir.
Marja.az-ın məlumatına görə, bu gün “PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyev və İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov İPO barədə ilkin məlumatları açıqlayıb, jurnalistlərin suallarını cavablandırıblar.
Mətbuat konfransında Bankın İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyev bildirib ki, "PAŞA Bank" davamlı dividend ödəyən bankdır. Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub. Bu göstərici bir neçə il ardıcıl şəkildə qorunub saxlanılıb. Qalan mənfəət isə Bankın məcmu kapitalının tələb olunan səviyyədə saxlanılması və vəsaitə olan ehtiyacının ödənilməsinə yönəldilir.
Səhmlərinin İlkin Kütləvi Təklifi ilə əladar yeni emissiyasından sonra “PAŞA Bank”ın nominal nizamnamə kapitalı 372 milyon 237 min 390 manat təşkil edir. Bu mələğ hər birinin nominal dəyəri 20 manat olan 18 milyon 611 min 869 səhmdən ibarətdir. “PAŞA Bank”ın nizamnamə kapitalının 5%-i və ya 932 min 926 ədəd səhmi İPO zamanı bazara təqdim olunacaq.
"PAŞA Bank" ACS 2025-ci ili 148 milyon 896 min manat xalis mənfəət ilə başa vurub. Bankın İdarə Heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, son illər ərzində dividend ödənişi nisbəti Bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub. Bu nisbətlə, "PAŞA Bank" 2025-ci ilin maliyyə nəticələri üzrə minimum 52 milyon 114 min manat - 59 milyon 558 min manat aralığında dividend ödəməlidir. Bankın 18 milyon 611 min 869 ədəd səhmi olduğunu nəzərə alsaq, bu, səhmbaşına minimum 2,8 - 3,2 manat aralığında dividend deməkdir. 1 səhmin nominal qiymətinin 20 manat, hər səhmə düşən mənfəətin 2,8 - 3,2 manat aralığında olduğunu nəzərə alsaq, 1 səhm üzrə nominal investisiyanın 14% -16% aralığında gəlirlilik təmin edəcəyini demək olar. Lakin İPO zamanı səhmlərin ilkin təklif qiyməti, ardınca bazar qiyməti fərqli olacaqdır. Bu zaman gəlirlilik nisbəti də dəyişəcəkdir. Eyni zamanda, gələcək illərdə xalis mənfəətin məbləği və dividend ödənişi üçün ayrılacaq nisbət də gəlirlilik dərəcəsinə təsir edəcəkdir.
Əgər "PAŞA Bank"ın təklif və ardınca bazar qiyməti 30 manat ətrafında olarsa səhm investisiyasının gəlirlilik dərəcəsinin də 10% ətrafında olacağını proqnozlaşdırmaq olar.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 4 saat sonra
-
-
7 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
11 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 12 saat əvvəl
-
13 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
14 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb




























