Yaponya iqtisadiyyatı cüzi artıb
Yaponiya iqtisadiyyatı 2025-ci ilin dördüncü rübündə əvvəlki üç ayla müqayisədə 0,1 faiz artaraq texniki tənəzzüldən yayınıb.Yaponiya iqtisadiyyatı 2025-ci ilin dördüncü rübündə əvvəlki üç ayla müqayisədə 0,1 faiz artıb.
Marja xəbər verir ki, bu göstərici üçüncü rübdə qeydə alınan 0,7 faizlik azalmadan sonra bərpaya işarə etsə də, iqtisadçıların 0,4 faizlik iqtisadi artım gözləntisindən aşağı olub. Texniki resessiya adətən ardıcıl iki rüb iqtisadi tənəzzül kimi qəbul edilir.
Yaponiya Mərkəzi Bankı yanvar ayında 2026-cı ilin martında başa çatacaq maliyyə ili üçün artım proqnozunu 0,7 faizdən 0,9 faizə yüksəldib. Bank həmçinin 2026-cı maliyyə ili üzrə gözləntisini 0,7 faizdən 1 faizə qaldırıb.
İllik müqayisədə Yaponiya iqtisadiyyatı 0,2 faiz artsa da, bu göstərici bazarın 1,6 faizlik gözləntisindən aşağı qalıb. Əvvəlki rübdə iqtisadiyyat illik 2,3 faiz azalmışdı.
Məlumatlar Yaponiyanın ikinci ən böyük ticarət tərəfdaşı olan ABŞ ilə ticarət razılaşması çərçivəsində 550 milyard dollarlıq investisiya öhdəliyi üzərində işlədiyi bir dövrdə açıqlanıb.
Yaponiya Nazirlər Kabinetinin məlumatlarına görə, özəl istehlak ixrac və dövlət xərclərindəki zəifliyi kompensasiya edərək cüzi iqtisadi artıma səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
4 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















