Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
“Zəngin ata, kasıb ata” (Rich Dad Poor Dad) kitabının müəllifi Robert Kiyosaki maliyyə bazarlarında tarixi bir dönüş nöqtəsinin yaşandığını iddia edib. Sosial media hesabında etdiyi paylaşımda Kiyosaki 2013-cü ildə proqnozlaşdırdığı “tarixin ən böyük fond birjası çöküşünün” artıq yaxınlaşdığını bildirib.
“Hazırlıqlı olan daha da varlanacaq”
Bazarlardakı enişin (ucuzlaşmanın) bir çox investor üçün narahatlıq yaratdığını qeyd edən Kiyosaki, lakin hazırlıqlı olanlar üçün bunun böyük fürsət olduğunu vurğulayıb. O, çöküşü “dəyərli aktivlərin qiymətinin endirimə düşməsi” kimi qiymətləndirərək, panikaya qapılmaq əvəzinə alış edilməli lazım olduğunu bildirirb.
Kiyosaki , “Yaxınlaşan çöküş düzgün hazırlaşanlar üçün xəyal belə edə bilməyəcəkləri qədər böyük sərvət imkanı yarada bilər” ifadələrini işlədib.
Kiyosaki çöküşlərə qarşı “real aktivlər” kimi xarakterizə etdiyi qızıl, gümüş, Bitcoin və Ethereum saxladığını açıqlayıb. Xüsusilə Bitcoinlə bağlı optimist olduğunu bildirən müəllif qiymət düşdükcə alış etdiyini deyib.
Bitcoin-in ümumi təklifinin 21 milyon ədəd ilə məhdud olduğunu xatırladan Kiyosaki, “Ümumi təklif demək olar ki, dolub. Panika satışları zamanı daha çox almağı planlaşdırıram” deyib.
Ekspertlər S&P 500 üzrə mərhələli artım proqnozlarını qoruyub saxlasalar da, Kiyosaki böyük bir çöküşün istiqraz və səhmlər bazarından milyardlarla dollar vəsait çıxışına səbəb olacağını iddia edir.
“Çöküşlər ən yaxşı alış vaxtıdır”
Kiyosaki bazar çöküşlərinin qorxu deyil, fürsət zamanı olduğunu vurğulayaraq, “Bazar çöküşləri dəyərli aktivlərin qiyçətinin endirimə düşməsidir” deyib.
Bazarlar "dalğalıdır"
Kiyosakinin açıqlamaları 2026-cı ilin fevral ayında qlobal bazarlarda volatilliyin artdığı bir dövrə təsadüf edir.
Qızıl və gümüş son sessiyalarda ucuzlaşıb, Bitcoin-in qiyməti 70 min dollardan aşağı düşüb, Ethereum isə dar kolidorda ticarət olunur və fərdi investor marağının zəiflədiyi müşahidə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























