Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Beynəlxalq yarış 11 və 22 km məsafələr üzrə təşkil olunacaq. Yarışda həm idmançılar, həm də idmansevərlər iştirak edə biləcəklər. Qaliblər isə pul mükafatları ilə təltif ediləcəklər.“Zirvəyə Doğru Qaçış” – 28 may Müstəqillik Günü münasibətilə Qusar şəhəri növbəti dəfə yüzlərlə idmansevəri bir araya gətirəcək.
Şimal bölgəsinin və regionlarda təşkil olunan ən böyük beynəlxalq qaçış tədbirlərindən biri sayılan “Zirvəyə Doğru Qaçış” yarışı bu il də böyük iştirakçı sayı ilə diqqət mərkəzində olacaq.
Artıq regionun idman brendinə çevrilmiş bu tədbir təkcə yarış deyil, həm də birlik və müstəqillik dəyərlərini təbliğ edən genişmiqyaslı sosial layihədir. Yarışın əsas məqsədi sağlam həyat tərzinin təşviqi, regionlarda qaçış idmanının inkişafı və gənclərin aktiv həyata cəlb olunmasıdır.
Qusarın füsunkar təbiəti fonunda keçiriləcək beynəlxalq yarış 11 və 22 km məsafələr üzrə təşkil olunacaq. Yarışda həm idmançılar, həm də idmansevərlər iştirak edə biləcəklər.
Layihənin sosial məsuliyyət istiqaməti xüsusi əhəmiyyət daşıyır. Hər il olduğu kimi, yarışdan əldə olunan vəsaitin hamısı xeyriyyə məqsədlərinə yönləndiriləcək. Bütün iştirakçılara xüsusi üst geyimi və xatirə medalları təqdim olunacaq, qaliblər isə pul mükafatları ilə təltif ediləcəklər.
Yarışa onlayn qeydiyyat 2 mart tarixində www.28zirveyedogru.az saytı üzərindən başlayacaq.
“Zirvəyə Doğru Qaçış” — Müstəqillik Günündə birlik, iradə və qələbə ruhunu bir araya gətirən, Qusarı regionun idman mərkəzinə çevirən nüfuzlu beynəlxalq idman tədbiridir.
https://www.instagram.com/28zirveyedogru/
https://www.tiktok.com/@28zirveyedogru
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
8 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 11 saat əvvəl
-
11 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















