OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
OpenAI şirkəti Amazon.com, Inc.-ın 50 milyard dollar, NVIDIA Corporation və SoftBank Group Corp.-ın isə hər birinin 30 milyard dollar investisiya etdiyi 110 milyard dollarlıq maliyyələşdirmə raundunu bağladığını açıqlayıb. Şirkətin dəyəri 730 milyard dollara yüksəlib.ChatGPT-ni inkişaf etdirəm OpenAI şirkəti son maliyyələşdirmə raundunda ümumilikdə 110 milyard dollar vəsait topladığını açıqlayıb.
Marja xəbər verir ki, bu məbləğ ötən il həyata keçirilən və özəl texnologiya şirkətləri üçün rekord sayılan 40 milyard dollarlıq maliyyələşdirmə raundunu üstələyib.
Açıqlamaya görə, Amazon.com şirkəti 50 milyard dollar, NVIDIA Corporation 30 milyard dollar, SoftBank Group isə 30 milyard dollar investisiya yatırıb. Bu maliyyələşdirmə raundu nəticəsində OpenAI-ın dəyəri 730 milyard dollara yüksəlib.
OpenAI maliyyələşdirmə prosesinin davam etməsi ilə digər investorların da növbəti mərhələyə qoşulmasının gözlənildiyini bildirib.
Şirkətin böyümə strategiyasında infrastruktur investisiyaları ön plana çıxır. Xüsusilə qrafik prosessorları (GPU) və məlumat mərkəzi infrastrukturu üçün yüksək məbləğdə maliyyə vəsaitinə ehtiyacı yaranır.
Şirkətin direktoru Sam Altmanın 1,4 trilyon dollarlıq infrastruktur investisiyası elan edib.
Əlavə edək ki, OpenAI şirkətinin genişlənmə hədəflərinin və xərclərinin potensial gəlir proqnozları ilə müqayisədə çox yüksək olması ilə bağlı artan narahatlıqlar var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 d. əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
-
- 18 d. əvvəl
- 24 d. əvvəl
-
17 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 17 saat əvvəl
-
18 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Ən çox oxunanlar
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib























